Sarıcalı-Cavanşir Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu — Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor.
Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim -tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi. Əmisi Mehdiqulu xan Cavanşir ...