Əbu Mənsur Qətran Cili Azərbaycani - Təbriz yaxınlğında Şadiabad kəndində anadan olmuş şair və dilçi alim, farsdilli Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi.
XI əsrdə yaşamış Qətran Təbrizinin (1012-1081) ana dili dəri dili olmuşdur. Onun bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarətdir.
Həyatı
Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuşdur. Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. İlk təhsilini Şadi-abadda almış, sonra Təbrizdə oxumuşdur.
Qətran Təbrizinin zamanında Şəddadilər dövlətinin paytaxtı olan ...