Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, xəttat və musiqişünas azərbaycanlı alim.
İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır.
O 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və ...