Qönçəbəyim Ehsan xan qızı — Azərbaycan şairəsi.
Qönçəbəyim "Naxçıvanın sonuncu xan"ı olan Ehsan xanın qızıdır. 1837 ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olmuş, rus və fars dillərini öyrənmiş, Şərq ədəbiyyatına maraq göstərmişdir. "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçılarından olmuşdur. "Bəyim" təxəllüsü ilə lirik şerlər yazmışdır. "Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şerlərin bir qisminin ona aidliyi ehtimal olunur. Ehsan xanla tanış olan gürcü şairi ...