05:14 Sarıcalı-Cavanşir Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu |
Sarıcalı-Cavanşir Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu — Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor. Həyatı Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi. Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı. Lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri, sənətçiləri özünə dost tutardı. Süfrə açanda ətrafına alimlər, aydınlar əyləşərdi. Cəfərqulu xan 1867-ci ildə vəfat edib. Ailə gorgahları İmarətdə dəfn edilib. Mənbə · Ənvər Çingizoğlu. Məhəmmədhəsən ağanın soy kötüyü. "Soy" dərgisi, 2 (2) 2003 · Ənvər Çingizoğlu,Cəfərqulu xan Sarıcalı-Cavanşir, Bakı: Mütərcim, 2011,-72 səh. Həmçinin bax |
|
Şərhlər: 0 | |