Sədərək
Sədərək rayonu - 15.01.1990
|
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
|
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
|
Xocalı
Xocalı rayonu - 26.02.1992
|
Şuşa
Şuşa rayonu - 08.05.1992
|
Laçın
Laçın rayonu - 18.05.1992
|
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
|
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
|
Tərtər
Tərtər rayonu - 07.07.1993
|
Ağdam
Ağdam rayonu - 23.07.1993
|
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
|
Füzuli
Füzuli rayonu - 23.08.1993
|
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
|
Zəngilan
Zəngilan rayonu - 29.10.1993
|
ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Ağdam |
14/06/2017, 05:38 | |
Azərbaycan Respublikası Ağdam rayonu
Ağdam Çörək muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayan Ağdam Çörək muzeyi dünyada ikinci, SSRİ-də isə birinci və yeganə çörək muzeyi idi. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər mövcud olub. Muzeyin özünün çox maraqlı tarixçəsi var. Belə ki, şəhərin tam mərkəzində xarabaya çevrilmiş köhnə bir dəyirman olub. Müharibənin ağır illərində bu dəyirman Ağdamın yeganə çörək təknəsinə çevrildiyindən ora müqəddəs bir məkan kimi baxır, ona toxunmağı yolverilməz hesab edirdilər. Sonradan bu dəyirmanın Çörək muzeyi kimi fəaliyyət göstərməsi ideyasını hamı bəyəndi. Məşhur seleksiyaçı alim, akademik İmam Mustafayev muzeyin eksponatlarını şəxsi taxıl kolleksiyası hesabına zənginləşdirmişdir. Yüzə qədər xalqın çörək nümunələri əldə edilmişdi. Leninqrad blokadasının iştirakçısı olmuş bir rus qadını muzeyin sorağını eşidəndə ölüm həddində belə yeməyib saxladığı, kömürləşmiş yüz əlli qramlıq çörək payını gətirib muzeyə vermişdi. Kosmonavt şəhərciyindən çörək nümunələri göndərilmişdi. Muzeyə qısa müddətdə iki minə yaxın taxıl nümunəsi toplanmışdı. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı “Qrad” mərmisi Agdam Çörək muzeyinin fəaliyyətinə son qoydu. Hazırda xaraba qalan bu muzeyin şəklini xarici jurnalistlər çəkərək müxtəlif saytlarda yerləşdirmişlər.
Ağdamın yaşayış əraziləri üzrə abidələri Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri) Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində) Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri) Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də) Kurqan – tunc dövrü (Üzümçülük sovxozu) İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi) Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında) Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi) Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə) Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında) Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal–şərqdə) Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi) Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal qərbində) Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30–40 m. şimalında) İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi) Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi) Mahmudun körpüsü - XIX əsr ( Yusifcanlı kəndi ) Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə) Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında) Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində) Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində) Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi) Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində) Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə) Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə) Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi) Nekropol – orta əsrlər (Kənçərli kəndi) Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi) Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə) Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə) Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə) Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi) Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi) Nekropol – qədim dövr (Seyidli kəndi) Yaşayış yeri – antik dövrü (Əlimədədli kəndi) Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi) Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində) Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində) Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi) Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə) Sarıhacılı yaşayış yeri və nekropol – eneloit, tunc dövrü (Sarıhacılı kəndindən 2 km. cənub-şərqdə) Sarıhacılı tayı yaşayış yeri – tunc dövrü (Sarıhacılı kəndindən 2,5–3 km. şərqdə) Ağtəpə yaşayış yeri – tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə) Çəmənli təpə kurqanı – eneloit, tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə) Seyid Mustafa yaşayış yeri – eneloit (Bala Baharlı kəndindən 2 km. qərbdə) Yaşayış yeri – e.ə.V-I minilliklər (Baharlı kəndi) Yaşayış yeri – qədim dövr (Əhmədavar kəndi) Qəhramanbəyli kurqanı – tunc dövrü (Qəhrəmanbəyli kəndi) I və II Qoşatəpə yaşayış yeri – eneloit dövrü (Əhmədağalı kəndi) Əhmədoğlu yaşayış yeri – eneloit (Əhmədağalı kəndi) Məscidtəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi) Əzginlitəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi) Vəlibəy təpələri (4 ədəd ) – eneloit, tunc dövrü və orta əsrlər (Əhmədağalı kəndində 2 km şərqdə) Yaşayış yeri – qədim dövr (Poladlı kəndi) Qasımtəpə yaşayış yeri – ilk tunc dövrü (Qiyaslı kəndi) Çinartəpə yaşayış yeri – tunc dövrü (Qarqarçayın sol sahilində ) Yaşayış yeri – e.ə. V-I minilliklər (Evoğlu kəndi ) Qaradağlı kurqanları – tunc dövrü (Qaradağlı kəndinin qərbində ) Bəyliktəpə kurqanı – ilk tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində) Xırmantəpə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi) Hüseyntəpə kurqanları – ilk tunc dövrü (Çuxurməhlə kəndinin qərbində) Çuxurməhlə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi) Qaratəpə yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Şıxbabalı kəndinin cənubunda) Gülablı kurqanları – son tunc, ilk dəmir dövrü (Gülablı kəndinin şımal-şərqində) Maqsudlu kurqanları – tunc dövrü (Maqsudlu kəndindən 3 km şərqdə) Töyrətəpə kurqanları – tunc və dəmir dövrü (Güllücə kəndinin şimalında) Karvansara təpə və Çaparyeri yaşayış yeri – ilk orta əsrlər (Güllücə kəndinin cənub-qərbində) Yüzbaşlı təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndi) Ağabəy təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndinin şımalında) Abdüləzim təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 1,3 km şərqdə) Şükürbəyli təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 2,3 km şımal-şərqdə) Sarıçoban kurqanları – tunc dövrü (Sarıçoban kəndinin qərbində) Bəşirtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndi) Böyüktəpə kurqanı və yaşayış yeri – tunc dövrü (Üçoğlan kəndi) Kərimtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndinin şımal-şərqində) Qəbirstan təpəsi – tunc dövrü (Üçoğlan kəndi) I və II Üçoğlan yaşayış yerləri və kurqanlar – tunc dövrü (Sarıçoban kəndi) Qaçaytəpə yaşayış yeri və nekropol – tunc dövrü (Üçoğlan kəndi) Güllütəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndindən 1 km. cənub şərqdə) Kazımtəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndinin qərbində) Sayadtəpə kurqanı – tunc dövrü (Səfərli kəndinin qərbində) Səfərli təpələri yaşayış yeri – eneloit (Səfərlı kəndi) Leyla təpəsi II yaşayış yeri – eneloit (Eyvazlı kəndi) Nəsirbəy təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən cənub-qərbdə) Kərimtəpə yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində) Əhəd təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində) Düyü təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 500 m. cənub- şərqdə) Nazdıxan təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 1,5 km. cənub-şərqdə) Çullutəpə kurqanı – tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin arasında) Həsəntəpə kurqanı – tunc dövrü (Çullu kəndindən qərbdə) Sultanbud kurqanı – tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində) Pənah xanın imarəti – XVIII əsr (Ağdam şəhəri) Pənah xanın türbəsi – XVIII əsr (Ağdam şəhəri) Xanoğlu türbəsi – XVIII əsr (Ağdam şəhəri) Türbə – XIX əsr (Ağdam şəhəri) Sərdabə – XV əsr (Ağdam şəhəri) Körpü – XIV əsr (Madaqiz kəndi) Hatəm Məlik qalası – XII əsr (Ağdam şəhəri) Məscid – 1868-ci il Ağdam şəhəri Məbəd – VI-VIII əsrlər Şahbulaq kəndi ) Məbəd – VI əsr (Kəngərli kəndi) Məbəd – XIII əsr (Tərtər çayının yuxarı axarında) Türbə - XIV əsr (Xaçındərbənd kəndi) Türbə – XVIII əsr (Papravənd kəndi Məscid – XVIII əsr Papravənd kəndi İqamətgah – XVIII əsr Şahbulaq kəndi Karvansaray – XVIII əsr Şahbulaq kəndi Bürc – XVIII əsr (Şahbulaq kəndi) Məbəd – XV əsr (Maqsudlu kəndi) Türbə – XVIII əsr (Maqsudlu kəndi) Məscid – XVIII əsr (Qiyaslı kəndi) Məbəd – XVI əsr (Salahlı Kəngərli kəndi) Məscid – XIX əsr (Boyəhmədli kəndi) Türbə – XIV əsr (Kəngərli kəndi) Türbə – XIX əsr (Ağdam şəhəri) Uğurlu bəyin türbəsi – XIX əsr (Ağdam şəhəri) Türbə – XIX əsr Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında) Gavur Qala şəhərgahı – orta əsrlər (Ağdam şəhəri) Qəbiristanlıq – orta əsrlər (Papravənd kəndi) Qəbiristanlıq – orta əsrlər (Qızıllı Kəngərli kəndi) Abıştəpə yaşayış yeri – orta əsrlər (Üçoğlan kəndi ) Qulu Musa oğlu türbəsi – 1314–cü il (Türbətli kəndi) Üzərliktəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri) Seyid Lazım Ağanın məqbərəsi – XX əsr (Çəmənli kəndi)
Çay evi Ağdam şəhərində “Çay evi”nin açılış mərasimi 1986-cı ilin iyulun 26-da keçirilmişdir. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov idi. Ağdam işğal edilən zaman Çay evi tamamilə dağıdılmışdır. İmarət qəbiristanlığı XVIII - XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdur Qutlu Musa türbəsi Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünə aid xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o dövrdəki Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşmış, həmin ərazidə mövcud olan kənd Xaçın Türbətli adlandırılmışdır. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. 1993-cü ildə Ağdamın işğalından sonra ermənilər türbədəki divar rəsmlərini və divar daşları üzərindəki yazıları pozub yerinə kiçik xaç şəkilləri və erməni yazıları həkk ediblər. Pənahəli xanın imarəti Pənahəli xan imarəti adı ilə tanınan abidə Ağdam şəhəri yaxınlığında olub, dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan, Nadir şahın xidmətindən uzaqlaşıb Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. İmarətin bir-birinə perpendikulyar şəkildə inşa edilmiş binaları dəbdəbəli xan iqamətgahı olmayıb, XVIII əsrin Qarabağ bölgəsi zənginlərinin yaşayış evləri kimidir. Bu evlər baş fasadları ilə həyətə açılırmış. İmarətin nisbətən böyük ölçülü əsas binası planda bir qədər mürəkkəb konfiqurasiyalı olub, müxtəlif ölçülü otaqlardan ibarətdir. Bu birmərtəbəli evdə eyvanlı salon mərkəzi mövqe tutur. Eyvanlı salona yanlardan sərbəst girişləri olan iki otaqdan ibarət həcmlər birləşmişdir. Otaqlar tağbəndlə örtülüdür. XVIII əsrin maraqlı yaşayış evi olan bu binanın uzunluğu 16 metri keçən baş fasadı Azərbaycan yaşayış evləri ənənəsinə uyğun cənuba yönəlmişdir. İmarətin ikinci binası planda uzunsov düzbucaq formada olub, iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə, şərqə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan, tağbəndlərlə örtülüdür. Şahbulaq sarayı Şahbulaq saray kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Qarabağ xanlarının yay iqamətgahlarından biri olan saray kompleksi 1751-1752-ci illərdə inşa edilmişdir. Kompleksin mühafizə divarları yaxınlığında Xan sarayı yerləşirdi. Düzbucaqlı formada tikilən kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Şahbulaq saray kompleksinin yaxınlığında kiçik ibadət zalından və küləfirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi. Şahbulaq saray kompleksi 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmışdır. Yalnız kompleksin mühafizə divarları qalmışdır. 2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edildikdən sonra erməni alimləri orada aparılan qazıntıların nəticəsi olaraq iddia etdilər ki, guya “qədim erməni dövlətinin paytaxtlarından” biri olan Tiqranakert elə Şahbulaq yaylağında “gizlənibmiş”. Həmin vaxta qədər erməni alimləri birmənalı olaraq bəyan edirdilər ki, Tiqranakert şəhərinin qalıqları Türkiyə ərazisində Diyarbəkir şəhərinin yaxınlığındadır. Deməli, ermənilərin “qədim paytaxtları” da gizlicə sürüşə-sürüşə gəlib Şahbulaq yaylağına çıxıbmış. Din Ağdam şəhərin strateji cəhətdən yerləşdiyi ərazi, ticarət yolunun üzərində olması burada, müxtəlif sənətkarlıq sahələrinin yaranmasına şərait yaratmışdı. Bundan sonra tarixi mənbələrdə Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı xilafət qoşunlarına qarşı ciddi müqavimətin göstərdiyi ərazilərdən biri məhz Azərbaycan Respuplikasının, Dağlıq Qarabağ regionun olduğu qeyd olunur. Rəşid Göyüşov tədqiqatına görə, Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı, Ağdam islam dinini qəbul edən əraziləndən ən sonuncusu idi. 2010-cu ildə Cümə məscidi, Azərbaycanın digər bölgələri kimi, şəhərdə ən geniş yayılmış din islamdır. Ermənilər tərəfindən məscidin minarələrinə ciddi ziyan yetirilib, tavanı uçurdulub, divar yazıları pozulub, interyerinə erməni və rus dillərində, azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb. Ermənilər hazırda məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirlər. Qarabağ müharibəsi zamanı Cümə məscidi də, digər işğal altında olunmuş tikililər kimi, vəhşicəsinə dağıdılmışdır. Mədəniyyət 1930-cu ildə şəhərdə "bulvar" salınmışdır. 1983-cü ildən 1993-cü ilə kimi şəhərdə Çörək muzeyi fəaliyyət göstərirdi. Muzeydə qədim dünyanın və orta əsrlərin unikal eksponatları toplanmışdır. Eksponatlar arasında daşlaşmış qədim buğda nümunələri, dənli bitkilərin nadir növləri, çoxlu sayda qiymətli kitablar, əlyazmalar, əkinçiliyin inkişafı haqqında materiallar, qədim əkinçilik soxa, adi və dişli oraq, taxıldöyən lövhə, əl dəyirmanı və digər alətləri var idi. 1983-cü ildə Ağdamda Çay evinin açılış mərasimi keçirilmişdir. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov idi. Mətbəxi Ağdam mətbəxi Qarabağın özünəməxsus təamları arasında xüsusi yer tutur. Ağdam mətbəxində döşəməli aş, döymə kababı, dolma, avdal qutabı, boyanalı plov, Ağdam kətəsi ə s. geniş rast gəlinir. Burada yeməklərin şahı boyanalı plov hesab edilir. Musiqi Muğam musiqisi, Qarabağ bölgəsində olan mədəni ənənə, Ağdam musiqi irsinin mühüm hissəsidir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı yaradılıb. 1985-ci ildən fəaliyyət göstərən Ağdam muğam məktəbi, "Qarabağ bülbülləri" ansamblı ilə dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir. Musiqiçilər Arif Babayev, xanəndə; Elman Bədəlov, kamança ustası; Təyyar Bayramov, xanəndə; Teymur Mirzəyev, ansambl rəhbəri; Ramiz Quliyev, tarzən; Qədir Rüstəmov, xanəndə; Murad Rzayev, ansambl rəhbəri; Nəzakət Teymurova, xanəndə. 2014-cü ildə, alman bəstəkarı və pianoçusu Hauschka fortepiano üçün yazılan “Xaraba Ağdam” əsərini şəhərə həsr edib. Teatr 1908-ci ildə Ağdamda Əbdürrəhim bəy Haqverdiyev adına truppa fəaliyyət göstərmişdir. 1910-cu il noyabr ayının 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə "Ev tərbiyəsinin bir şəkli" və "Dursunəli və Ballıbadı" əsəri tamaşaya qoyuldu. Həmin il, Ağdamda Həmzə Qəniyevin evində Ə.Haqverdiyevin öz rejissorluğu ilə "Ac həriflər" truppa məharətlə oynamışlar. 1920-ci ilin əvvəllərində Ağdamda teatr bölməsi yarandı. Bu bölmədə dövrün ən tanınmış teatr xadimləri fəaliyyət göstərmişdir. 1930-cü ildə Ağdam beynəlmiləl klubu nəzdində təşkil olunmuş dram və opera zəhmət kollektivi fəhlə-kəndli klubunun dram kollektivi ilə birləşərək Ü.Hacıbəyovun "Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan" opera və operettalarını da tamaşaçılara göstərmişlər. 1937-ci ildə haqqında bəhs edilən kollektiv əsasında şəhərdə Dövlət Dram Teatrı təşkil edildi. Teatra görkəmli dramaturq, rejissor, teatr təşkilatçısı Ə.Haqverdiyevin adı verildi. Teatr 10 il ərzində fədakarlıqla fəaliyyət göstərdi, Şuşa və onların ətraf kəndlərində deyil, Yevlax, Ağdaş, Göyçay, Bərdə və digər rayonların zəhmətkeşləri qarşısında da çıxış etdi. Ağdam teatrının quruluş verdiyi "Məhəbbət", "Vəfa" və "Praqanın şabalıd ağacları altında" tamaşalarında ilk dəfə olaraq müharibə illərinin qəhrəmanlıqla dolu hadisələri konkret şəkildə göstərilirdi. İkinci dünya müharibəsindən sonra Ağdam teatrının hazırladığı "Qatır Məmməd" tamaşası kollektivin ən yaxşı işlərindən biri kimi qiymətləndirildi. 1949-cu ildə ölkənin bir çox rayon teatrları, o cümlədən Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram teatrı bağlandı və bu, ölkə mədəniyyətinə böyük təsir göstərdi. Nəhayət, Ağdam xalq teatrına 11-ci mövsümündə Dövlət teatrı adı verildi; teatr yenə də Əbdürrəhimbəy Haqverdiyevin adı ilə daha ciddi yaradıcılıq yollarında addımlamağa başladı. Ağdam teatrının istər ilk illərdəki dram dərnəyində, istər 1937-1949-cü illərdə Dövlət Dram teatrında, istərsə də 1959-1969-cu illər xalq teatrında repertuarında opera və operettalar müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 1970-ci illərdə teatrda “Qaynana”, "On üçüncü sədr", "Gəl qohum olaq", "Sevil", "Oqtay Eloğlu", "Qaraqum faciəsi", "Unuda bilmirəm", "Həsrət", "Adam və Yeva", "Qismət", "Şəhərin yay günləri", "Dağılan tifaq" və s. tamaşalara uğurla quruluş verilmişdir. İdman Ağdamda "Qarabağ FK" futbol komandası 1951-ci ildə yaradılmışdı. Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ FK" şəhəri təmsil edir. Ağdamın yığma komandası Odessa vilayəti Sadovski şəhərində Azərbaycanı uğurla təmsil edib. Ondan sonra Patarburnari rayonunda Ağdam komandası 38 klubun kubok yarışında finala çıxaraq 2-ci yeri tutub. "Qarabağ" komandası ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə, Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən layiq görüldü. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra doğma İmarət stadionundan didərgin düşən komanda məcburi olaraq "Qaçqın klub" adını almışdır. Təhsil Erməni işğalından əvvəl şəhərdə 7 orta məktəb, 1 səkkizillik məktəb, musiqi və tibb texniki peşə məktəbləri, 5 məktəbdənkənar uşaq müəssisəsi, 1 uşaq bağçası, 4 körpə evi, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu və kənd təsərrüfatı texnikumu fəaliyyət göstərirdi. Tanınmış sakinləri 71 nəfər ağdamlı döyüşçü erməni işğalçılarına qarşı vuruşmalarda cəsarət, şücaət və misilsiz qəhrəmanlıqlar göstərdiklərinə görə mükafatlandırılmışdır. Onlardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş, 21 nəfər "Azərbaycan Bayrağı" ordeni, 7 nəfər “Vətən Uğrunda”, 7 nəfər “İgidliyə görə”, 21 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur. Digər şəxslər Ramiz Abbaslı, yazıçı və bədii tərcüməçi; Sadir Məmmədov, polis polkovniki; Sarvan Şamiloğlu, jurnalist; Yamən Yusifov, prokuror; Ülkər Məmmədova, alim.
Ağdam rayonu 1993-cü il iyul ayının 23-dən ermənistan tərəfindən işğal edilmiş əraziləri, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri vəhşicəsinə tamamilə dağıdılmış, zəngin təbii sərvətləri talan edilmişdir.
İşğaldan əvvəl rayon əhalisinin tamamı Azərbaycan Türklərindən ibarət olmuşdur. Rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 148 ümumtəhsil məktəbi, 4 fəhlə gənclər; 1 qiyabi orta; 2 kəndli gənclər məktəbində 1201 nəfər, 4 orta ixtisas təhsili məktəbində mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəbləri 1269 şagird təhsil alırdı. Dram teatrı, Ölkəşünaslıq muzeyi, 71 kitabxana, 79 mədəniyyət ocağı, 27 klub və.s fəaliyyət göstərmişdir.
Hazırda Ağdam əhalisinin böyük əksəriyyəti məcburi köçkün və qaçqınlıq, respublikanın digər rayon və şəhərlərində məskunlaşmışdır.
Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, wikipedia Qarabağ, tarix.info, kayzen, erməni vandalizmi və virtual karabakh internet səhifələrindən istifadə edilmişdir.
K.Ələkbərli
| |
Baxılıb: 922 | Yüklənilib: 0 | |
Şərhlər: 0 | |