"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 26/01/2025, 14:41
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Ağdam

Ağdam rayonu - 23.07.1993
14/06/2017, 00:03

Azərbaycan Respublikası Ağdam rayonu

Azərbaycanın işğal olunmuş əraziləri

    1993-cü il iyul ayının 23-dən erməni silahlı dəstələri tərəfindən işğal edilib. Qarabağ düzündə ən iri şəhərlərdən biridir. 1828-ci ildə Ağdama şəhər statusu verilmişdir. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalıqlarının cənub-qərbində yerləşir. Ağdam 8 avqust 1930-cu ildə yaradılıb, Azərbaycan respublikasında inzibati rayondur. Sahəsi 1154 km2, əhalisi 194.800 nəfərdir. Rayonda 1 şəhər, 1 qəsəbə, 119 kənd var. Ağdam şəhərində, Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir.

    Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi işğal altında olan rayondur. Ermənistan silahlı dəstələri tərəfindən talan olunmuş, vəhşicəsinə dağıdılmış və yandırılmışdır. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır. İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir. Ağdam rayonu ərazisindən Yevlax, Laçın, Naxçıvan, Ağdərə və Füzuli magistral şose yolları keçir. Bakıdan 358 km aralıda yerləşir.

 

     Rayonun tarixçəsi

   Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində yerləşən Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

    "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam"  günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

    Azərbaycan ərazisində dövlətin formalaşmağa başladığı bir dövrdə, yəni eramızdan əvvəl V-IV əsrlərdən Ağdam ərazisində alban tayfalarından biri olan Qarqarlar məskən salmışdı. Qədim yunan və roma müəllif-lərinin əsərlərində qarqarların özünəməxsus dilləri olduğu deyilir. Mənbələrdə göstərilir ki, onların danışı-ğında özünəməxsus boğaz səsləri var idi. VII əsrdə yaşamış Alban tarixçisi Moisey Kalankatlı özünün “Avqan tarixi” əsərində göstərirdi ki, Aluen (bəzən Aquen də deyilir) Alban çarlarının yay iqamətgahı idi. Tarixdə məşhur hadisələrdə biri olan Aluen yığıncağı 488-ci il 13 mayda keçirildiyi deyilir.

    Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üç oğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Eneolit dövründə e.ə. VI-IV minilliyi əhatə edir, "misdaş" dövrü adlanır.

    Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə, e.ə. II minilliyin birici yarısı aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

    Şəhər Azərbaycan SSRi zamanı 1954–1956 illərdə, Ağdamın şərqində Orta Tunc dövrünə aid qəsəbədə qazıntı işləri aparılırdı.

    Professor Rəşid Göyüşovun araşdırmalarında qeyd olunur ki, Qafqaz Albaniyasının 26 tayfasından biri olan Qarqarlar qisməndə olsa digər tayfa və qəbilələrdən seçilirmiş. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

     1958-ci ildə, bir daha Rəşid Göyüşov tədqiqatına görə, Alban hökmdarlarının birinin qəbri olan möhtəşəm məbədin qalığı da məhz Ağdam ərazisindəki Sofulu kəndində olan Govurqalada aşkar edilmişdi.

    XX əsrin 80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında tapılan son Tunc və Dəmir dövrünə, e.ə. XIX-XIII əsrləri əhatə edir, həmin bu dövrünə aid, möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar.

    Ağdam rayonu 1993-cü il iyul ayının 23-dən ermənilər tərəfindən işğal edilmiş əraziləri, zəngin təbii sərvətləri talan edilmiş və vəhşicəsinə uçurulmuşdur.

 

     Azərbaycan Demokratik Respublikası

   1918-ci ilin oktyabrın 1-də türk generalı Nuru Paşa Ağdama gəlmişdir. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəb-lilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhani-lər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağı-dakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət eləmişdir.

    Qarabağ müharibəsi dövründə, Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş ermənilər Azərbaycanın yeni bir ərazisini Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.

    1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən,  doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub, didərgin salı-nan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi.

    1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon "Vətən oğulları" adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik etmişdir. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.

    1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən ermənilər Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək, Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi.

    1992-ci ilin 14 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçı-vanikdən geri qayıdarkən minaya düşdü, maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhid olmuşdur.

    Üçüncü Respublika dövründə, Qarabağ müharibəsi zamanı Ağdam şiddətli qarşıdurmalara səhnə oldu. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliy-yatları həmin il 12 iyun tarixində erməni işğalçıları Ağdam üzərinə genişmiqyaslı hücuma keçdi. Ağdam şəhəri İyulun 5-dək faktiki olaraq, hər tərəfdən əhatəyə alınmışdı və iyulun 23-dək "Qrad" qurğularından atəşə tutulurdu, həmin gün Ağdamın süqutu ilə başa çatdı, və erməni silahlı dəstələri tərəfindən tam işğal edildi. Şəhər yandırılmış, vəhşicəsinə  dağıdılmış və talan olunmuşdur.

    "Human Rights Watch" qərbli diplomatlardan birinin dediklərinə istinad edərək öz hesabatında yazır ki, bütün şəhərin yandırılması qoşunların intizamsız olmasına deyil, erməni rəhbərliyi tərəfindən hərtərəfli götür-qoy edilmiş plan tərtib olunmasına dəlalət edir.

    BMT Təhlükəsizlik Şurası Ağdam rayonunun işğalından sonra ATƏT-in Minsk qrupunun keçmiş sədri Mario Rafaellinin hesabatı əsasında 853 nömrəli qətnamə qəbul etmiş, bu sənəddə Ağdamın işğalını pisləmiş, işğalçı qoşunları ərazidən çıxarmağa və qaçqınları öz yaşayış yerlərinə qayıtmağa çağırmışdı.

    2008-ci ildə "Lonely Planet" jurnalı, Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə Əl-Cəzi-rənin internet nəşri, Ağdamı "ruhlar şəhəri" siyahısına salıb. Həmin il, Dağlıq Qarabağ separatçı rejiminin qərarı ilə, Ağdam şəhəri Akna adlandırılıb.

    Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabağ uğrunda gedən döyüşlərdə 6.000-dən çox ağdamlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi məskunlaşıb.

 

     Ağdam rayonun kəndləri:

   Rayona Ağdam şəhəri, Quzanlı qəsəbəsi, 17 yeni salınmış qəsəbə (Quzanlı, Ayaq Qərvənd, Xındırıstan, Ergi, Alıbəyli-1, Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70, Səfərli, Baharlı, Dörd yol-1, Dörd yol-2, Təzəkənd, Qasımbəyli, İmamqulubəyli, Quzanlı-1, Quzanlı-689) və Şotlanlı, Şurabad, Umudlu, Qasımlı, Qurdlar, Şelli, Poladlı, Şıxbabalı, Muğanlı, Papravənd, Qarapirimli, Qullar, Qaradağlı, Gülablı, Abdal, Novruzlu, Kəngərli, Şirvanlı, Qaraqaşlı, Yusifcanlı, Göytəpə, Cəvahirli, Kosalar, Abdunlu, Sırxəvənd, Qaraşlar, Bəşirlər, Məlikli, Bas Güneypəyə, Yeni Qaralar, Xatınbəyli, Sarıcalı, Dadaşlı, Həsənxanlı, Kökəltmə Birliyi, Qazancı, Açarlı, Qarazeynallı, Orta Güneypəyə, Ballıqaya, Quzanlı, İmamqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Hacıturanlı, Qəhrəmanbəyli, Məm-mədbağırlı, Çəmənli, Şükürağalı, Xındırıstan, Sarıçoban, Paşabəyli, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Mirəşəlli, Kolqışlaq, Yusifli, Kəlbəhüseyinli, Birinci-yüzbaşılı, İkinciyüzbaşılı, Seyidli, Sarıhacılı, Bozpapaqlar, Qiyaslı, Keştazlı, Ətyeməzli, Əlimədədli, Əliağalı, Qalayçılar, Xaçındərbətli, Mollalar, Kürdlər, Cinli, Maqsudlu, Eyvazxanbəyli, Şişpapaqlar, Tərnöyüt, Talışlar, Çullu, Təpəməhlə, Şahbulaq, Tükəzbanlı, Salahsəmədlər, Xıdırlı, Əhmədavar, Çuxur-məhlə, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Boyəhmədli, Qızıllı Kəngərli, Salahlı Kəngərli, Sofulu, Bağban-lar, Saybalı, İsmayılbəyli, Pirzadlı, Muğanlı, Şıxlar, Nəmirli, Təzəkənd, Məlikli, Mərzili kəndləri daxildir.

 

     Ağdam Cümə məscidi

   Məscid memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilmişdir Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişlən-dirib ona düzbucaqlı forma vermişdir. İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayı Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılmışdır.

    Memar Kərbəlayı Səfixan Qarabaği orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq abidələri, inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaratmışdır. 1993-cü ilin iyul ayında Ağdamın ermənilər tərəfindən işğalı zamanı Cümə məscidi də digər tikililər kimi dağıdılmışdır.

 

    Məhv edilməkdə olan tarixi və memarlıq abidələr:

    Ağdamda rayondakı tarixi, mədəni və dini abidələrinin əksəriyyəti erməni silahlı dəstələri tərəfindən məhv edilmişdir. Dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir. Ağdam rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var. Ağdam şəhərində Üzərlik Təpə abidəsi, Xaçın-Dərbəndli kəndində olan Qutlu Sarı Musa oğlu türbəsi 1314-cü ilə aid olan abidədir, Kəngərli kəndindəki türbə və daş abidələr XIV əsr, Pap-ravənd kəndindəki türbələr, məscid XVIII əsr, Xanoğlu türbəsi XVII əsr, Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti XVIII əsr, Papravənd kəndində 18-ci əsrə aid 2 türbə , məscid, Xan qızı Natə-van və onun oğlunun türbəsi XIX əsr, Şahbulaq ərazisində olan Şahbulaq qalası, Karvansara  və s. kimi tarixi və memarlıq abidələri var. Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti XVIII əsr və türbəsi XIX əsr, Şahbulaq kimi abidələr Ağdamın minillik tarixindən xəbər verirdi. Xaçıntürbətli kəndin-dəki Qutlu Musa oğlu türbəsi və Kəngərli kəndindəki türbə, rayonun ən qədim memarlıq abidələridir.

    Erməni işğalından əvvəl Ağdam şəhərində , kinoteatr, mədəniyyət evi və səkkiz xəstəxana fəaliyyət gös-tərirdir, və rayonda olan memarlıq abidələri, Ağdam Muğam məktəbi, məscid və onun minarələri, muzey-lərdəki eksponatları da Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyası, və dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış və talan olunmuşdur.

    Ağdamdakı tarixi memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Bu maddi-mənəvi abidələr müxtəlif bölgülər əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiy-yət dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilmişdir.

    Azərbaycan Respublikasının belə bir tarixi dövrü əhatə edən abidələri, ermənilərin işğal altında olması, ermənistanda yaşayan ermənilər Azərbaycanın tarixini saxtalaşdırmaq üçün, müəyyən imkanlar açır.

    2002-ci ildə Ağdam Tarix Ölkəşünaslıq muzeyi rayonun işğal altında olmayan Qaradağlı kəndində bər-pa edilmişdir.

 

     Coğrafiyası

   Ağdam rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır.Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları var.

    Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü 1365 metrə çatır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub- qərbdən şimal-şərqə doğru tədricən alçalır. İqlimi əsasən mülayim isti və quraq subtropikdir. Dağətəyi yerləyrdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300–550 mm-dir.

    Ağdam rayonu yeni yaradılmış olan ağır yeyinti, yüngül sənaye və inkişaf etmiş kənd təsərrüfatı rayonu-dur. Kənd təsərrüfatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq mühüm yer tutur. Ağdamda Qarabağ atı yayılmışdır. Şəhərdə 1949-ci ildə şəhərdə Ağdam Atçılıq Zavodu fəaliyyat göstərmişdir. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Atçılıq Zavodunun maddi-teхniki bazası-nın möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yarat-mışdı. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.

    Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün çox əlverişli şərait yaradır, ərazisindən Qarqar və Xaçın çayları axır. Rayon Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Burada düzənlik 40 kvadratkilometr (Ağdam şəhərinin yuxarısında), 20 kv.kl.m. (Güllücə-Qızıl Kəngərli sahəsində), 13 kv.kl.m. (Ağdam şəhərindən aşağıda) və 10 kv.kl.m. (Qaradağlı -Çəmənli kəndləri sahəsində) meylliliyə malik olub, 450–500 m mütləq yüksəkliyə qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən dərin tektonik yarıq keçir.

    Bu relyef kəskin keçid əlamətləri yaradır. Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyi tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə,Ağcəbədi rayonları ilə sərhəddində 120–130 m qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar düzənliyin cəthi çox zəif parçalanmışdır. Erroziya kəsimi yalnız Qarqar, Xaçın, çayları və onların tərk edilmiş qollarının yataqlarında artır və 6-7 metrə, 10-15 metrə çatır.

    Relyefin bu xüsusiyyəti bütün ərazini əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd təsərrüfatı maşınlarının istifadəsini asanlaşdırır, torpaqları erroziya proseslərindən qoruyur, onların mün-bitliyün və məhsuldarlığın artırır. Səthin və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədar olub, çox cüzidir. Rayon ərazisi Qarqar, Xaçın, Qabartı, Paprəvənd (Gülyataq), Gülablı çaylarının dərəsi boyunca 15–16 km. Qarabağ silsiləsinin Şimal-Şərq ətəklərinə qədər uzanır.Bu yerlərdə mütləq yüksəklik 600-700 metrə çatır. Maksimum hündürlük 1365 (Kolanı) metrdir. Rayonun bu hissəsi, xüsusiilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir.

    Bunlardan ən əsası Ağdərə ilə Tərnöyüt kəndləri arasında meridiana yaxın istiqamətdə 20 km. Məsafədə uzanan Şahbulaq silsiləsidir. Silsilə təbaşir dövrünün əhəng daşlarından təşkil olunmuş və kəskin simmetrik quruluşa malikdir. Onun Cənub-Qərb yamacları dik və sıldırım, bəzi yerlərdə keçilməzdir. Şimal-Şərq yamacları uzun və nisbətən mailidir.Silsilənin su ayrıcı vaxtı ilə depudasiya prosesləri ilə hamarlanmış və sonradan tektonik hərəkətlərlə müasir yüksəkliyinə qaldırılmışdır. Səthi genişdir, qədim torpaq təbəqələri saxlayan qalın (15–20 m-rə qədər) karbonatla gillicə çöküntülərlə örtülmüşdür.

    Relyefin belə olması burda zəngin biçənək və otların yayılmasına səbəb olmuşdur. Silsilənin ən yüksək yeri (820 m.) onun Şimal hissəsinə müvafik gəlir və Cənub-Şərq istiqamətində 500m. qədər alçalır. Silsi-ləni Xaçın, Qabartı, Gülyataq çaylarının dərələri kəsib keçir.Dərələrin dərinliyi çayların axım əmsalına müvafiq olaraq 100–180 m. arasında dəyişir və maksimum dərinliyə(180 m.) Xaçın çayında çatır.Şahbulaq silsiləsi Cənub-Şərqdə Ağdam şəhəri yaxınlığıda kəskin görünür və Çullu, Qiyaslı, Xıdırlı, kəndləri yaxın-lığında nisbi yüksəkliyi 10-15 metrə çatan qayalı təpələr yaradır. Silsiləni təşkil edən əhəng daşları çox keyfiyətlidir, tikinti materialı və sement istehsalında xammal kimi istifadəedilir.

    Ağdam-Ağdərə şose yolu silsilənin Şimal-Şərq dabanı boyunca uzanır. Yolun ustündə karxanalar yerlə-şir.Şahbulaq silsiləsinin uçub dağılmış hissəsindən Cənub-Qərbədə inturiziv(maqmatik) kütlənin yaratdığı yüksəklik 913 metrdir, yamacları çox meyilli və kəskin parçalanmışdır.Dağın faydalı qazıntı(mis, polume-tal) saxlaması ehtimal olunur. O, Ağdərə rayonunda yerləşən və mis, polmetal yataqları olan Mehmanə, Qazançı dağları ilə eyni zonada yerləşmişdir. Yeddixirman dağı ilə Şahbulaq silsiləsinin Çobandağ zirvəsi arasında Bozdağ yerləşmişdir. Onunda əsasını inturuziv kütlə təşkil edir və xeyli hissəsində aşınma qabığı ilə örtülmüşdür.Ağdam şəhərindən bir qədər Cənub-Qərbdə Qarqar çayı dərəsində Şahbulaq dağının geo-loji əsası qövsvari əyilir, gömülür və parçalanır. Alçaq dağlılığının və dağətəyinin burda əmələ gətirdiyi qövsün qabarıq hissəsi Cənub-Qərbə, Xankəndi çökəkliyinə doğru yönəlmiş, xeyli alçalmış və Əsgəran keçidini (darvazasını) əmələ gətirmişdir. Relyefin belə quruluşu Qarabağ düzü arasında hava, rütübət və istilik mübadiləsini xeyli asanlaşdırır. Qarqar çayının sağ sahilində yerləşən Mantar (580 m.) dağı və Şelli, Qasımlı, Şıxbabalı kəndlərinin bağlarında müşahidə edilən və təbaşir əhəng daşından təşkil olunmuş nisbi yüksəkliyi 5–15 m. arasında dəyişən təpələr Şahbulaq silsiləsinin geoloji davamında yerləşmişdir.

    Bu təpələr sırası Mərzili kəndindən Cənubda yerləşən Qızılqaya tirəsi istiqamətinə yönəlmişdir. Mərzili-dən Cənub-Şərqdə Ağdam Xocavənd yolu üstündə tabaşirin mergellərindən təşkil olunmuş və mütləq yük-səkliyi 416 m.-ə çatan Pirəbulaq tirəsi uzanır.Bu tirədən Şimalda mütləq hündürlüyü 100–150 m. Arasında dəyişən Ergi maili düzü yerləşmişdir. Düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntülərilə örtülmüş və yarğan, qobu şəbəkəsi ilə zəif parçalanmışdır. Düzənlik qış otlaqları kimi istifadə olunur. 70-ci illərdən başlayaraq bura su çıxarılması ilə əlaqədar əkinçilik, xüsusilə, yem bitkiçiliyi inkişaf etdirilir. Cənub istiqamətində yatağını dəyişən Qarqar çayı vastəsilə yuyulmağa məruz qalmışdır. Yuyulma nəticəsin-də çay yatağının sağ yaxasında 3–5 m. hündürlükdə ərazi kəsimi yaranmışdır.

    Ağdam rayonu ərazisində Qarqar, Xaçın, Qabartı, Gülyataq çayları düzənliyə çıxan yerdə gətirdikləri çığıldaşlı-gillicəli-alluviy və prolyuviy çöküntülərini çökdürərək öz gətirmə konuslarını yaradır. Qarqar çayı zirvəsi Ağdam şəhəri yaxınlığında yerləşən və sahəsi 50kv. m. çatan gətirmə konusunu yaradır. Gətir-mə konusu Qaradağlı, Mahrızlı və Zəngişalı kəndləri yaxınlığında 240–260 m. mütləq yüksəklikdə relyefdə yaxşı müşahidə edilən pillə ilə qurtarır. Zəngin yeraltı su ehtiyatı olan gətirmə konusundakı kəhrizlər bu pillədə səthə çıxardılır.

    Bu pillədə Şimal-Şərqdə marfaloji cəhətdən relyefdə zəif təşəkkül tapan ikinci gətirmə konusu yerləşir və Quzanlı, Kələbədi kəndləri yaxınlığında Yuxarı Qarabağ kanalına çatar-çatmaz alçaq pillə ilə qurtarır. Birinci gətirmə konusu formalaşarkən Qarqar çayı bir neçə qol axmışdı. Onların izləri Ağdam və Ağcəbədi rayon ərazisində indidə müşahidə edilir (Narrı dərə, Qobu, Sarcalı, Hüsülü, Kəhrizli). Dağətəyi, düzənlik və gətirmə konusu qalxdıqca Qarqar çayının axını indiki yatağında cəmləşmişdir. Çayın yatağının bu istiqamətdə yerini dəyişməsi Qarqar çay dərininə tektonikyarığı ilə mürəkkəbləşən Hindarx basdırılmış köndələn sinkilinalının əyilməsi ilə əlaqədar olmuşdur. Gətirmə konusu səthində Qarqar çayı və onun qollarının dərinliyi 10–15 m. və 6–7 m. arasında dəyişən erroziya kəsimləri əmələ gətirmişdir. İkinci gətir-mə konusu ərazisində onların dərinliyi 1–3 m.-ə qədər azalır. Xaçın çayı da Ağdam rayonu ərazisində gətir-mə konusları yaradır. Birinci konusun zirvəsi Qızıl Kəngərli ətəkləri ilə Baş Qərvənd kəndləri yaxınlığında yerləşmişdir. Sahəsi 30 kv.m. qədərdir.

    Xaçın çayının müasir yatağı gətirmə konusu ərazisində 10–15 m. aşağılarda isə 5–6 m. və 2–3 m. dərinlikdə errozion kəsimlər əmələ gətirmişdir. İkinci gətirmə konusu ərazisində onların dərinliyi 1–3 m. qədər azalır. Çay özünün qədim gətirmə konusunu formalaşdırdıqdan sonra Mirəşəlli, Xındırıstan və Çəmənli kəndləri istiqamətində Cənub-Şərqə axmış, özünün və Qarqar çayının gətirmə konuslarını yuyaraq errozion pillə yaratmışdır. Daha sonra Xaçın çayı Baş Qərvənd gömülmüş antiklinalının qalxmasının fəal-laşması ilə əlaqədar olaraq Şimal-Qərb istiqamətində meyl edərək özünə yeni yataq yaratmışdır. Baş Qər-vənd kəndi ilə Sultanbud kurqanı arasındaçayın yatağı çox genişlənir və burda gərgin akkumulyasiya gedir.

    Yataq çaqıldaşların, qumun, gillicənin yığılması nəticəsində çox dayazlaşır və daşqın zamanı Hüseyinli, Soğanverdilər kəndləri yaxınlığında daşqın sularının bir hissəsi yataqdan çıxaraq Şimal istiqamətində axır və özünə yataq əmələ gətirir. Sultanbuddan aşağıda çay 3–5 m.-ə qədər dərininə kəsilir və cavan alçaq tepras pilləri yaradır. Xaçın çayının ən qədim gətirmə konusu Şimal-Qərbdə Qabartı, Paprəvənd və başqa çayların gətirmə konusları ilə birləşərək Şahbulaq silsiləsinin Şimal-Şərq ətəklərində vahid dalğavari prolyuvial düzənlik törədir.

    Bu çayların gətirmə konusları 240 m. mütləq hündürlüyündə qurtarır və burda Nəmirli,Seysulan,Qay-naq,Azad Qaraqoyunlu,Qapanlı kəndləri yaxınlığında düzənlik təşkil edən, Xaçın və Tərtər çaylarının gətirmə konusları arasında yerləşən çox az meyilli, bəzi yerlərdə bataqlaşmış, səthi parçalanmamış konu-sarası çökəklik təşkil edir. Bu sahədə Qabartı, Gülyataq çaylarının yataqları yoxdur(axımın çox müvəqqəti olması ilə əlaqədar). Ona görədə çayların hövzələrində uzun müddətli leysan yağışları olarkən böyük daş-qınlar olur və bütün düzənlikləri basaraq böyük təlafat verir. Belə daşqınlar 1963-cü ildə müşahidə edilmiş və düzənlikdə bütün torpaqları, tarlaları yuyub aparmışdır. Ağdam rayonunun ərazisi quru subtropik iqlim zonasında yerləşmişdir.

    Burada əsasən, qışda quru keçən mülayim-isti iqlim tipi hakimdir. Buiqlim tipi mülayim nəmliyi, qışının yağıntılı və yumşaq, yayınin isə mülayim-isti keçməsi ilə səciyələnir.Günəş parıltısının illik miqdarı 2300 saat, ümumi radiasiya 122.5 kkal/sm kv, radiasiya balansı isə 47.1 kkal/sm kv-dır. Havanın orta illik tempraturu 13.1 dərəcəyə çatır. Qış mülayimdir, ən soyuq ay (yanvar) tempraturu +1.8 dərəcə ilə -0.2 dərəcə, ən isti ayı (iyul) orta tempraturu isə + 23-26 dərəcəarasında dəyişir.Yay aylarında bəzən havanın orta illik mütləq minumum tempraturu -10 dərəcə olub, il ərzində +8 dərəcə ilə +15 dərəcə arasında dəyişir.

    Bəzən havanın mütləq minimum tempraturu -17 dərəcədən aşağı düşür. İl ərzində torpaq səthinin orta aylıq tempraturu1-31 dərəcə arasında dəyişir. Havanın 5 dərəcədən yüksək olan tempraturunun illik miqdarı 4500-4600 dərəcə, 10 dərəcədən yüksək – 4100-4200 dərəcədir. Birinci payız şaxtası noyabr ayının üçüncü ongünlüyünə, axırıncı yaz şaxtası martın üçüncü ongünlüyünə düşür.Havanın orta illik nisbi rütu-bəti 69% olub, il ərzində 50-80% arasında dəyişir. İllik yağıntının miqdarı 400–500 mm.-dir. Yağıntılar çox bitkilərin vegetasiya dövrünə düşür. Lakin səth örtüyündən ildə 800–900 mm. Mümkün buxarlanma gedir.

    Küləyin orta illik sürəti 1.8m/san-dən çox olmayıb, əsasən Qərb və Şərq istiqamətində əsir. Güclü küləklərin (15 m. san-dən cox) illik sayı bir gündür. Ağ yelli günlərin sayı 20-25 çatır. Qarla torpağın örtülü günlərinin illik miqdarı 10-15 gündən çox olmur. İl ərzində cəmi 1-2 gün dolu düşür. Ərazi üzrə və il ərzində bu göstəricilər başqa rayonlarda olduğu kimi müvafik dəyişikliklərə uğrayır. Ağdam rayonu ərazisi hər kv. km. Sahədə 5-1 lit. san axımı olan az axımlı zonada yerləşir. Burada çay şəbəkəsinin sıxlığı 0.1-0.4 am/km. arasında dəyişir. İllik axım hər bir kv. km.-dən 2-5 lit/san; maksimum axım 25-50 lit/san; minimal axım isə 0.5-1 lit/san. bərabərdir.Rayon ərazisində çaylar tranzit xarekter daşıyır.

    Öz axımlarını bütünlüklə Qarabağ silsiləsində və onun yamaclarında toplayır, Ağdam rayon ərazisində isə suvarmaya, filtirasiyaya və buxarlanmaya sərf olunur, heç bir qol qəbul etmir.Çaylar əksərən az suludur, ilin isti yarısında vegitasiya vaxtı quruyur.Rayonun nisbətən iri çayları Qarqar, Xaçın və Qabartı çaylarıdır. Qarqar çayının orta illik su sərfi 3.31m kub/san, orta illik axımı isə104.4 mln. kub metrdir. Xaçın və Qabartı çaylarında isə bu axım kəmiyyətləri müvafiq olaraq 1.4 kub met/san və 44.1 mln. kub metr, 0.2 kub met/san və 6.3 mln. kub metrdir. Çay şəbəkəsinin sıxlığı və onların su əmsalı göstərir ki, rayonun su ehtiyyatlarına və onlardan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Ona görə də çayların hər birinin üzərində su anbarının tikilməsi zəruridir. Hazırda rayon ərazisində yalnız bir su anbarı var-Xaçın çayı üzərində Dərbənd su anbarı. Ağdam rayonuna Tərtər çayı üzərindəki Sərsəng su anbarından da su gətirilir. Lakin bunlar rayonun suya təlabatını tam ödəyə bilmir.

    İqlim və bitki örtüyünün xüsusiyyətlərindən asılı olaraq şabalıdı torpaqların müxtəlif növləri, dağ-meşə, qəhvəyi torpaqlar yayılmışdır. Qəhvəyi torpaqlar rayonun alçaq dağlıq və dağ ətəyi hissəsində, seyrək meşə və kolluqlar qırılmış və torpaqlar bozqırılaşmaya məruz qalmışdır. Düzənliklərin dağətəyi hissəsində tünd şabalıdı, ondan aşağıda isə şabalıdı və açıq şabalıdı torpaqlar yayılmışdır. Ağcabədi və Bərdə rayonları ilə sərhəddə yaxın yerlərində boz torpaqlara rast gəlinir, rayonun ərazisində təbii landalar demək olar ki, bütünlüklə antrapogen landalarla əvəz edilmişdir. Burda taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini, biçənək və örüşlər geniş sahə tutur. Təbii bitki örtüyü yovşanlı-şoranlı otlu quru çöllərdən, çəmənliklərdən, ağotlu çöllərdən, kollardan, və seyrək meşələrdən ibarət olmuşdur. Hazırda meşələr yalnız dağ ətəklərində və alçaq dağlıq yerlərdə yerləşib, 1.7 min hektar sahə tutur. Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə seyrək meşələri salınmışdır. Heyvanat aləmi əhalinin sıxlığı və insannın əmək fəaliyyəti ilə əlaqədar olaraq çox kasaddır. Burada heyvanlardan çaqqala, tülküyə, dovşana, canavara, sürünənlərə, quşlardan kəkliyə, çilə, turaca və s. rast gəlinir. Rayon ərazisində faydalı qazıntılardan əhəng daşı, gil, çakıldaş, qum, gillicə daha çoxdur.

 

     Kütləvi informasiya vasitələri haqda məlumat

   “Ağdam” qəzetinin ilk nömrəsi 1930-cu ildə işıq üzü görmüşdür. “Ağdam” qəzeti əvvəlcə “Kolxoz sədası”, “Kolxozçu”, 1934-cü ildən 1990-cı ilə kimi «Lenin yolu», 1990-cı ildən isə “Ağdam” adı ilə nəşr olunur. “Ağdam” qəzetinin redaksiyası 1993-cü ilin iyulundan Ağdam şəhərinin işğalından sonra əvvəlcə Mingəçevir, sonra Bərdə şəhərində, indi isə Ağdam rayonunun Quzanlı kəndində yerləşir. Təsisçisi Ağdam rayon İcra Hakimiyyəti Aparatı və qəzetin jurnalist kollektividir. “Qeyrət qalası” qəzeti 2004-cü ilin yanvarından işıq üzü görür

 

     İqtisadiyyatı

   Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayondur. Ağdamda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz furnitur. Traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları. Tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatının mexanikləşdiril-məsi və elektrikləşdirilməsi və Ü. Hacıbəyov adına musiqi texnikumları, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıqdır.

    Erməni işğalından əvvəl şəhərdə ət kombinatı, konserv zavodu, şərab zavodu, barama toxumu zavodu, xalça fabriki, mexanikləşdirilmiş çörək zavodu, avtomaşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi və Ağdam Dəzgahqayırma Zavodu fəaliyyət göstərirdi.

    Azərbaycanda ilk çaxır zavodlarından biri də Ağdamda 1860-cı ildə Xublarov qardaşları tərəfindən tikilmişdir. Ağdam SSRİ dövründə bu adda buraxılan portveyn çaxırı ilə məşhur idi.

 

 

Ardı...

 

Bölmə: Ağdam | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 1083 | Yüklənilib: 0 | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar