Seyid Əzim Seyid Məhəmməd oğlu — XIX əsr Azərbaycan şairi və maarifçisi.
Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə ...
|
Sübhanverdixanov Abdulla Vəli ağa oğlu - nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddətBatum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.
1905-ci üdə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və ...
|
Novruzov Cabir Mirzəbəy oğlu - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi
Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ...
|
Əliyev Həmid Fərhad oğlu – şair, yazıçı, tərcüməçi, dramaturq, alim, pedaqoq. Filologiya elmləri doktoru.
Həyatı
Həmid Arzulu Naxçıvanda yaşayıb yaradan ziyalılarımızdan biridir. O, ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərərək geniş oxucu kütləsinin pərəstişini qazanmışdır. Azərbaycan milli şeirinin müxtəlif formalarında yazdığı lirik, ictimai-siyasi mövzuda olan şeir və poemaları qısa müddət ərzində onun yaradıcılıq diapazonu, istedadı barədə dolğun təəssürat yaratmışdır. "Məni çağır" və "Xanbacı və qonaqları" şeirlər ...
|
Təbrizi Məhəmməd Əla (Əlai) oğlu - şair, xəttat
XIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və ana dilli ədəbiyyatımızın ilk təmsilçilərindən biri də Xacə Hümam Təbrizidir. Şairin əsl adı Məhəmməd, atasının adı Əla (Əlai), ləqəbi Hümaməddin, təxəllüsü Hümam, nisbəsi isə Təbrizidir. Atasının adının Əla olması sənətkarın ...
|
Abizadə Balaş Allahbaxış oğlu - şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq şairi (1981).
Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək,vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgisini də o yaratmışdır. İlk mətbu şeiri ...
|
Əbraxanova Qəmərnisə bəyim Ata xan qızı — şairə.
Həyatı
Qəmər bəyim Şeyda 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbrahinxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir.Şuşa şəhər qız giminaziyasında oxumuşdu. Qəmər bəyim şairə idi. Şeyda təxəllüsü ilə könüloxşayan şeirlər yazırdı. Bu təxəllüsü ona Xurşidbanu Natəvan vermişdi. O, qələmini dram əsərlərində də sınamışdı. "Zülmün daşqını" pyesi bir müddət çox məşhur olmuşdu. O, 1933-cü ildə vəfat edib.
Qəmər bəyim Sadıq bəy Vəzirovla ...
|
Həsənəliağa Xan Qaradağlı - görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi.
Həsənəli xan Qaradağlının nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda ...
|
|