04:29 Əbraxanova Qəmərnisə bəyim Ata xan qızı |
Əbraxanova Qəmərnisə bəyim Ata xan qızı — şairə. Həyatı Qəmər bəyim Şeyda 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbrahinxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir.Şuşa şəhər qız giminaziyasında oxumuşdu. Qəmər bəyim şairə idi. Şeyda təxəllüsü ilə könüloxşayan şeirlər yazırdı. Bu təxəllüsü ona Xurşidbanu Natəvan vermişdi. O, qələmini dram əsərlərində də sınamışdı. "Zülmün daşqını" pyesi bir müddət çox məşhur olmuşdu. O, 1933-cü ildə vəfat edib. Ailəsi Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı. İstinadlar "Azərbaycan qadın şairləri antologiyası". Bakı: Avrasiya Press, 2005, səh.114.
Xarici keçidlər Azərbaycan Qender İnformasiya Mərkəzi . Qəmər Bəyim Şeyda Həmçinin bax |
|
Şərhlər: 0 | |