17:07 Türkiyəli general terrorçulardan təmizlənən Burseya dağına baş çəkib | |
Türkiyəli general terrorçulardan təmizlənən Burseya dağına baş çəkib Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu birləşməsinin komandanı general-leytenant İsmail Metin Temel Suriyanın Afrin bölgəsində terrorçulardan təmizlənən Burseya dağına baş çəkib. “Report” NTV televiziyasına istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi əməliyyatlara birbaşa komandanlıq edən İsmail Metin Temel Burseyada əsgərlərlə görüşüb, hərbi əməliyyatların gedişi və bölgədəki vəziyyət barədə məlumat alıb, tapşırıqlar verib. Strateji mövqeyə malik Burseya dağı yanvarın 28-də terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD terrorçularından azad edilib. | |
|
Şərhlər: 0 | |