13:18 Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq | |
Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq
Azərbaycan Respublikası Prezidentinin “Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli, 3299 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 7 dekabr 2017-ci il tarixli, 287 nömrəli əmri ilə Tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. 3 fevral 2018-ci il saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayev və Fərəc Qarayevin musiqisi əsasında “Qoya” birpərdəli baletinin premyerası baş tutacaq. 5 fevral 2018-ci il saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyində "QÜRUR və DÜHA. Yaşayan Əfsanə" rəssam və fotoqrafların yaratdıqları Qara Qarayev obrazlarından ibarət sərgi keçiriləcəkdir. 5 fevral 2018-ci il saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Gecədə dirijorlar Rauf Abdullayev və Elşad Bağırovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), beynəlxalq müsabiqələr laureatı, skripka ifaçısı Elvin Hoca Qəniyev iştirak edəcəklər. Konsertin proqramında Simfoniya № 2, Violin və simfonik orkestr üçün konsert, Klassik süita, Simfonik orkestr və xor üçün “Qoya” simfoniyası səslənəcəkdir.
| |
|
Şərhlər: 0 | |