"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 26/01/2025, 15:01
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  İYUL 2019  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News
ƏSAS SƏHİFƏ » 2019 » İYUL » 18 » Pomidorun qiymətində ucuzlaşma
13:49
Pomidorun qiymətində ucuzlaşma
İQTİSADİYYAT

Pomidorun qiymətində ucuzlaşma gözlənilirmi?

Son bir həftə ərzində, Bakının meyvə-tərəvəz bazarlarında pomidor və xiyarın qiyməti bahalaşmaqda davam edir. Satıcılar qiymət artımını məhsulın qıt olması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, ölkədə istehsal edilən məhsulun böyük hissəsi xaricə satılır, yerdə az məhsul qaldığından bahalaşma yaranır. Bazarda apardığımız müşahidələrə görə, pomidorun qiyməti bahalaşaraq, 2 manatdan başlayaraq dəyişir. Halbuki, bir müddət öncə 80 qəpik pomidor almaq olurdu. Ümumilikdə, il ərzində, hətta qış aylarında belə bu qiymət 2 manatdan yuxarı qalxmayıb. Bu gün bazarda xiyar - 1 manat, bibər dənəsi - 15 qəpik, lobya - 2 manat 50 qəpik - 3 manat, kartof - 1 manat 50 qəpiyə satılır. Düşündürücü məqam odur ki, paytaxt bazarlarında tərəvəzlərdə qiymət artımı sahədəki qiymət artımına adekvat deyil. Məsələn, sahədə qiymət 10-15 qəpik qalxıbsa, Bakıda bu fərq 50 qəpikdən 1 manat 50 qəpiyə qədər hiss edilir. Pomidorun qiymətinin baha olmasından alıcılar da şikayətlənirlər. Sosial şəbəkələrdə bu mövsüm pomidorun ucuzlaşmayacağı, həmçinin qiymətin qışa tədarük görməyə imkan vermədiyinə dair narazılıq dolu statuslar paylaşılır.

Bazarlarda pomidorun qiymətinin artmasını Kənd Təsərrüfatı Nazirliyi, ən əvvəla ölkədə istehsal olunan məhsulların qonşu dövlətlərə ixracının artması ilə bağlayır. Digər tərəfdən isə bazarda satışa çıxarılan məhsulların yarısının istixanada yetişdirilməsi və açıq sahədə becərilən pomidorun bazara çıxarılmaması ilə izah edərək, əhaliyə  açıq sahədə yetişdirilən məhsul kütləvi şəkildə yığılaraq bazara çıxarılmasını gözləməyi tövsüyə edirdi. 

Respublikada istehsal olunan kənd təssərüfatı məhsullarının ixracına nəzər salsaq görərik ki, həqiqətən son illər ixrac tempi artmaqda davam edir. İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzinin may ayı üçün açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-aprel aylarında Rusiyaya ixrac 135 milyon dollar təşkil etmişdisə bu il 164 milyon dollara yüksəlib. Əgər 2018-ci ilin yanvar-aprelində 42 milyon dollarlıq pomidor ixrac olunmuşdusa, 2019-cu ilin yanvar-aprelində 49 milyon dollar təşkil edib.Yalnız ötən ilin aprelində 18 milyon dollarlıq pomidor ixracı 2019-cu ilin aprelində 24 milyon dollara yüksəlib. Bu göstəricilər pomidor yetişdirən fermerləri və sahibkarları sevindirsə də, digər bir tərəfdən  bu elə də yüksək nəticə deyil. Çünki şimal qonşumuz Rusiyanın paytaxtı Moskva şəhərindəki topdan satış mərkəzlərindəki qiymətlərə nəzər salsaq görərik ki, pomidordan əldə olunan gəlir elə də yüksək deyil. Yəni bu gün Moskvada azərbaycanda istehsal olunan pomidorun qiyməti növünə və keyfiyyətinə görə 1 manatdan 9 manata kimi dəyişir. Bu qiymətdən daşınma, kömrük və digər xərcləri çıxsaq görərik ki, bu gün Bakı bazarlarında satılan pomidorun qiyməti Moskvadakı qiymətdən elə də ucuz deyil. Hətda bəzi günlər Bakıda bazarlarda satılan pomidorun qiyməti keyfiyyətinə və növünə görə Rusiyaya ixrac olunan pomidordan bahadır.

Son bir həftə ərzində bazarlarda və ticarət mərkəzlərində pomidorun qiymətinin bahalaşmasına münasibət bildirən ekspertlər, bunun hava şəraitinin pis olmasından açıq sahə məhsulunun yetişməsinin gecikməsi ilə izah edirlər. Onların sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə açıq sahədə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olmuşdur. Lakin elə bu günlər Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yaxın günlərdə pomidorun qiymətinin ucuzlaşacağını açıqladı. O, son günlər regionlarda yağıntıların azalması ilə sahələrdə yetişdirilən pomidorun kütləvi yığımına şərait olması ilə, açıq sahə məhsulunun bazara çıxarılmasının sürətlənəcəyini və nəticə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağını bəyan etdi. Nazirliyin rəsmisi onu da bildirib ki, yığılan məhsullar xaricə ixrac olunsa da, ölkə daxilində də tələbatı ödəyir. Nazirliyin rəsmisi iyul ayının ilk günləri pomidorun qiymətinin artımına ixracın səbəb olduğunu vurğulayırdısa, indi məhsulun xaricə göndərilməsinin qiymət artımına səbəb ola bilmədiyini qeyd edir. Belə olan halda ortaya bir sual çıxır, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseyinov dediklərinə inanmaq olarmı. Birdə son zamanlar nazirliyin əməkdaşları arasında aqrar sahədən xəbərsiz qeyri-mütəxəssislərin çoxluq təşkil etməsi onu göstərir ki, onun sözlərinə təccüblənmək  lazım deyil.

 

     Ə.Məmmədov

 

Bölmə: İQTİSADİYYAT | Baxılıb: 1580 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 4.5/2
Şərhlər: 0
avatar