16:15 Pərvin Mirzəzadə qeyri-rezident səfirləri qəbul edib | |
Pərvin Mirzəzadə qeyri-rezident səfirləri qəbul edib Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Çili Respublikası (mənzil qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini qəbul edib. Görüşdə ölkəmizin sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. | |
|
Şərhlər: 0 | |