10:03 İlham Əliyev YAP-sının yeni inzibati binasının açılışında iştirak etmişdir | |
İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoydu. Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov dövlət başçısına binada yaradılan şərait barədə məlumat verdi. | |
|
Şərhlər: 0 | |