« APREL 2018 » | ||||||
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
21:11 İlham Əliyev Avropanın ən populyar prezidentləri sırasında | |
İlham Əliyev Avropanın ən populyar prezidentləri sırasında Azərbaycan prezidenti İlham Əliyev reytinqdə Avropanın ən populyar prezidentləri sırasındadır. "Xezerxeber.az"ın məlumatına görə, bu barədə rusiyalı jurnalist İvan Jdakayev hazırladığı müəllif proqramında bəhs edib. Dünya mətbuatında Azərbaycanla bağlı dərc olunan məlumatlar əsasında proqramlar hazırlayan aparıcı-muəlif İvan Jdakayev bu bölümdə bir neçə məsələlərə toxunub. Müəllif əvvəlcə Avropa liderləirnin reyinq məsələsindən bəhs edib. Qeyd olunub ki, Azərbaycandakı seçkilərindən sonra prezident İlham Əliyev 86 % səs yığıb. "Evronyus" telekanalı belə bir sualı gündəmə çıxarıb. Avropada hansı prezidentlər daha populyardır... İlham ƏLiyevin inamlı qələbəsindən sonra Evronyus telekanalı yekunları digər ölkələrlərin nəticələri ilə müqayisə edib. İlk yerdə Qazaxıstan lideri Nursultan Nazarbayev qərarlaşıb. O, seçkilərdə 97,8 % səs toplayıb. Ilham Əliyev Avropa liderləri arasında 86 % səslə 2-cı sırada qərarlaşıb. Daha sonra Belarus və Rusiya prezidentləri Aleksnadır Lukaşenko və Vladimir Putin gəlir. 5-cı yerdə 66,1 % səs yığan Fransa prezidenti Emanuel Makron qərarlaşib. Müəllif qeyd edir ki, əslində Makron bu nəticələri seçkilərin 2-ci turunda əldə edib. Sujetdə Azərbaycanın hərbi gücü ilə bağlı da müəyyən məlumatlara yer verilib. Azərbaycan Belarusdan silah almaga başlayıb. Bu barədə "Kommersant" qəzetində məqalə dərc edilib. 2018-cı ildə Belarus Azərbaycana "Polonez " raket sistemlərini təhvil verməyi planlaşdırır. Müəllif qeyd edir ki, Hindistanın "Hindu biznes layn" adlı qəzeti Azərbaycanla bu ölkə arasında olan iqtisadi əməkdaşlıqdan bəhs edən yazı dərc edib. Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 2005-2017-cı illər ərzində 10 dəfə artaraq 50 milyondan 500 milyon dollara çatıb. İki ölkə arasındakı loqistika problemi isə "Şimal-Cənub" nəqliyyat dəhlizinin işə düşməsi ilə həll ediləcək. Yüklərin daşınmasına sərf edilən vaxt 3 dəfə qısalacaq. İvan Jdakayev Azərbaycanın hərbi qüdrətindən bəhs edən klipdən də söz açıb. Klipdə Dövlət Sərhəd Xidmətinin istifadə etdiyi müasir hərbi arsenal nümayiş olunub.
| |
|
Şərhlər: 0 | |