13:35 İki milyard ton Azərbaycan nefti | |
İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə iştirak edib Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyənin regional prezidenti Qəri Counz, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova və SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olundu. Dövlətimizin başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim etdi. Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olundu.
| |
|
Şərhlər: 0 | |