"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 26/01/2025, 15:36
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2019  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News
ƏSAS SƏHİFƏ » 2019 » AVQUST » 18 » Azərbaycanlı şair Rzalı Oqtay Məhərrəm oğlu dünyasını dəyişib
18:46
Azərbaycanlı şair Rzalı Oqtay Məhərrəm oğlu dünyasını dəyişib
İCTİMAİ-SİYASİ

OKTAY RZA

18 avqust 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı; coğrafiyaşünas-alim, neftçıxarma ustası, geologiya-mineralogiya elmləri namizədi, “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, pedaqoq, “Əməkdar müəllim” adına layiq görülmüş, “Beynəlxalq İnformasiya” qəzeti redaksiyasının baş məsləhətçisi müasirimiz olaraq həyata bağlanmaqda, onun bütün gözlənilməzliklərini xüsusi bir şövqlə sevməkdə bizə kömək edən azərbaycanlı şair Rzalı Oqtay Məhərrəm oğlu dünyasını dəyişdi. Allah rəhmət eləsin.

Azərbaycanlı şair Oktay Rzalı Məhərrəm oğlu 1934-cü il noyabrın 2-də Azərbaycan SSR Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur.

1948-ci ilə Arbətan kənd yeddillik məktəbini bitirib. “Bir may” adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb, 1948-ci ildən Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etmiş və 1951-ci ildə orta məktəbi bitirmişdir.

1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır.

Əməkfəaliyyətinə 1956-1961-ci illərdə 26 Bakı komissarı adına Neft və Qazçıxarma İdarəsinin 5 nömrəli mədənində başlamışdır: orada operator, baş operator, neftçıxarma ustası olmuşdur. Elmi-tədqiqat işi müdafiə etdiyinə görə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1958-ci ildə Sov.İKP (Sovet İstifaqı Komunist Partiyasının) üzvü olub.

1959-1960-cı illərdə Bakı Sovetinin deputatı seçilmiş, ictimai fəaliyyətini artırmışdır.

1961-ci il noyabr-dekabr aylarında Ümumdünya həmkarlar İstifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində Sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

1961-1966-cı illərdə V.İ. Lenin adına APİ-nin ümumi coğrafiya kafedrasında müəllim, baş müəllim və 1966-cı ildən dosent işləyib.

1980-ci ildə Azərbaycan KPMK (Komunist Partiyasının Mərkəzi komisiyası) yanında ikiillik marksizm-leninizm universitetinin fərqlənmə diplomu ilə bitirmişdir.

1981-ci ildən SSRİ Yazıçılar İstifaqının üzvü olub. Əsərləri xarici mətbuatda dərc edilmişdir. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır. “Sosializm yolu” rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olmuşdur. O, bədii tərcümələr də edib. Qardaş xalqlar ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunurdu.

18 aprel 2012-ci ildə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

1966-cı ildən fakültənin əməkdaşı, ümumi coğrafiya kafedrasının dosenti və “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının elmi işçisi olmuş, Oqtay Rza uzun illər fakültədə pedaqoq kimi çalışıb, bir çox alim və müəllimlərimizin müəllimi olub.

Oqtay Rza bütün varlığı, aldığı nəfəsdən atdığı addıma qədər millidir. Bu millilik özündə qos-qoca bir bəşəriliyi ehtiva edir. Zəngin yaradıcılığı, özünəməxsus sənətkarlıq duyğusu bir yana, Oqtay Rzanın şəxsi yaşam tərzi, xarakteri, insanlığı olduğu kimi görünməyə sövq edən, həmdəmliyə və munisliyə yönəldən tərbiyə vasitəsidir. Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi, şair- jurnalist Vaqif Bəhmənli yubilyarı nazirliyin kollektivi adından Oqtay Rzanın anadan olmasının 80 illiyi münasibətilə təbrik edərək dedi ki, Oqtay Rza səmimi dost, pak insan, yetkin ziyalı, poeziyada öz sözü və yeri olan xəlqi şairdir. Şeirlərində duyğu- düşüncələrini sadə, səlis və koloritli ifadə edir. O, müxtəlif şəxsiyyətlərə həsr etdiyi ithafları ilə ədəbiyyatımızda bədii portretlər silsiləsi yaradıb. Şair gənclərə də daim bacardığı dəstəyi verir. Bu baxımdan onun davranışları ədəbi aləmdə bir əxlaq nümunəsidir. Poeziya sahəsində mütəxəssis, filologiya üzrə elmlər doktoru Qurban Bayramov, şairlərdən Çingiz Əlioğlu, Adil Cəmil, jurnalist Zemfira Məhərrəmli və digər çıxış edənlər də Oqtay Rzanın şair, alim, müəllim kimi xalqına dəyərli xidmətlərindən, onun 80 illik barlı-bəhrəli ömrünün örnəklərindən söz açdılar, bu nurlu insana möhkəm cansağlığı, təravəti sönməyən yaradıcılıq arzuladılar. Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca təmsil etdiyi qurumun rəhbərliyinin və üzvlərinin yubilyar şairə səmimi təbrikini çatdırdı, ona AYB-nin hədiyyəsini təqdim etdi. Oqtay Rzanı poetik sozün məsuliyyətini və cəmiyyət qarşısında ziyalı borcunu dərindən anlayan şair- vətəndaş kimi səciyyələndirən Fikrət Qoca onun həm də sədaqətli dost olduğunu, hər sınaqdan üzüağ çıxdığını vurğuladı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində tanınmış şair, alim və “Əməkdar müəllim” adına layiq görülmüş Oqtay Rzanın çoxsaylı şeir kitabları, coğrafiyaşünas-alim fəaliyyəti, pedaqoq haqq-sayı həmişə onu oxucularının, dostlarının, ümumilikdə, cəmiyyətin sevimlisinə çevirib. O, vaxtın və bəxtin böyük dəyərini, töhfəsini xüsusi bir şükranlıqla yaşayıb.

Bölmə: İCTİMAİ-SİYASİ | Baxılıb: 12894 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 5.0/5
Şərhlər: 0
avatar