09:44 Azərbaycanın Oskar mükafatına təqdim etdiyi film Los Ancelesdə nümayiş olunub | |
Azərbaycanın Oskar mükafatına təqdim etdiyi film Los Ancelesdə nümayiş olunub
Asiya Dünya Film Festivalı çərçivəsində Los Ancelesdə Azərbaycan üçün Amerika Kino Akademiyasının "Oskar" mükafatına təqdim edilən "Nar Bağı" filmi nümayiş olundu. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən dəstəklənən mərasimdə çıxış edən konsul Nəsimi Ağayev 1898-ci ildən bəri kinematoqrafiya tarixindən, mövcud ənənələrdən danışdı və Azərbaycanın bu sahədə fəaliyyət göstərən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. “Nar bağı” filmi haqqında danışan N.Ağayev ailə faciəsindən bəhs edən bu filmin gözəl sənət əsəri olduğunu bildirib. Baş konsul Asiyadakı Dünya Film Festivalı rəhbərliyinə təşəkkür etdi və festivalın ardıcıl olaraq ikinci ildir keçirildiyini qeyd etdi və 2016-cı ildə həmin festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filminin ilk açılış filmi kimi uğurla nümayiş etdirildiyini qeyd edib. Festivalın təsisçisi və icraçı direktoru Corc Şamşum Azərbaycanın festivala qatılmasından və Baş Konsulluqla əməkdaşlıqdan məmnun olduğunu bildirdi. Azərbaycanın mütərəqqi inkişafından, zəngin mədəniyyəti və tarixindən danışan Corc Şamşum ölkəmizin müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb. Los-Ancelesdə fəaliyyət göstərən azərbaycanlı icma fəalı Kimya Məmmədova filmi "Nar bağı" filmindən danışdı və filmin tamaşaçılara böyük təəssürat yaratdığını və festivalda filmin uğurla iştirak edəcəyinə ümid etdiyini bildirdi.
| |
|
Şərhlər: 0 | |