16:45 Azərbaycanda tutulan balığa görə Türkiyədə növbə | |
Azərbaycanda tutulan balığa görə Türkiyədə növbə Azərbaycanda dənizdən tutulmuş nəhəng ton balığı Türkiyədə böyük maraq doğurub. Muş şəhərində bazara çıxarılan 65 kiloqramlıq ton balığı ilə foto çəkdirmək üçün insanlar növbəyə düzülüblər. Balıq satışı ilə məşğul olan Fırat Alaslan onu Azərbaycandan alaraq, Türkiyəyə gətirdiyini deyib. Onun sözlərinə görə, balığı bir gün bazarda nümayiş etdirən-dən sonra satışa çıxarmaq niyyə-tindədir. F.Alaslan böyük marağa səbəb olan nəhəng balığın kiloqramını 30-35 lirəyə satmağı planlaşdırır.
| |
|
Şərhlər: 0 | |