21:32 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Avropa Birliyinin rəsmi nümayəndəsini qəbul edib | |
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Avropa Birliyinin rəsmi nümayəndəsini qəbul edib Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də olub.
Diplomat vurğulamışdır ki, təmsil etdiyi təşkilat Azərbaycanla bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Azərbaycanın bu gün bölgədə mühüm nəqliyyat mərkəzi olmağına diqqət çəkən səfir, həmçinin, şirkətin bu sahədə fəaliyyəti barədə məlumat alıb. Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev şirkətin fəaliyyəti barədə məlumat verdi. R.Vəliyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda və onun tranzit imkanları şirkətin rolu haqqında danışdı. Sonda, sədr müavini Fərhad Quliyev şirkətin fəaliyyətini əks etdirən təqdimatla çıxış etdi.
| |
|
Şərhlər: 0 | |