"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 26/01/2025, 15:04
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

BÖLMƏ

Sədərək
Sədərək rayonu - 15.01.1990
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
Xocalı
Xocalı rayonu - 26.02.1992
Şuşa
Şuşa rayonu - 08.05.1992
Laçın
Laçın rayonu - 18.05.1992
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
Tərtər
Tərtər rayonu - 07.07.1993
Ağdam
Ağdam rayonu - 23.07.1993
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
Füzuli
Füzuli rayonu - 23.08.1993
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
Zəngilan
Zəngilan rayonu - 29.10.1993

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Vandalizm

ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Xocalı

Ardı...
22/06/2017, 03:22

Əvvəli...

Azərbaycan Respublikası Xocalı rayonu

İCTİMAİ-SİYASİ

     Ədəbiyyat

   Bədii ədəbiyyatda Xocalı soyqırımına çoxlu sayda ədəbi əsərlər həsr olunub. Xocalı soyqırımına həsr olunmuş bədii əsərlərdən, Polad İlyasın "Xocalı fəryadı", Elxan Elatlının "Cəhənnəmdən gələn səs" romanı, İnqilab Xan Rəvanın "Xocalı faciəsi" romanını qeyd etmək olar.

    Xocalı soyqırımına həsr olunmuş şeirlərdən, Söhrab Tahirin "Xocalı qırğını", Hikmət Ziyanın "Xocalı müsibəti", Fikrət Qocanın "Hər gecə Xocalıda", Aslan Kəmərlinin "Əldən gedir", Zəlimxan Yaqubun "Xocalım, layla", Əli Vəkilin "Dördlüklər", Fəridə Hacıyevanın "Xocalım hey!", Şərif Ağayarın "Xocalı! Səni dünyaya hayqıra bilmədik", Məhəmməd Aranlının "Xocalı", Nurəngiz Günün "Xocalı simfoniyası: rekviyem", Nüsrət Kəsəmənlinin "Xocalı", Paşa Qəlbinurun "Cahad", Rafiq Hümmətin "Şəhid nəğməsi", Zeynal Vəfanın "Əsgər andı" şeirlərini qeyd etmək olar. 2016-cı ildə İsraildə Xocalı soyqırımı ilə bağlı "AĞRI" romanı nəşr edilib. Romanın müəliffləri Əmir və Arye Qutdur.

    Tarixi və mədəniyyət abidələri

    Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə XIV əsrə aid türbə, dairəvi 1356-1357-ci illərə aid türbə, ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var.

    XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı – son tunc və ilk dəmir dövrünə e.ə.VIII-VII əsrlərə aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar- Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var.

    Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid "Əsgəran qalası" mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılmışdır.

    Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s. var.

    Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var.

    Rayonun Meşəli kəndi ərazisndə – Meydan yaylağında – müqəddəs ziyarətgah "seyid qəbri", "Yeddi kilsə" (Alban kilsəsi) vardır. Bütün bunlar ermənilər tərəfindən dağıdıldı.  Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.

    İşğaldan əvvəl Xocalı rayonu ərazisində XVIII əsrə aid Əsgəran qalası, qədim memarlıq abidələri, bizim eranın XIV əsrinə aid edilən səkkiz guşəli günbəz, türbələr və əsasən Son Tunc və Еrкәn Dəmir dövrünə (b.e. əvvəl XIII əsrdən VII-VI əsrə kimi) aid edilən Xocalı abidələr kompleksi - 5 adda 11 nəhəng torpaq kurqan, daş kurqanlar, torpaq-daş kurqanlar, siklop tikililər (Qalaçalar), nekropollar, menhirlər (5-10 ton ağırlığında nəhəng sivri daşlar), daş sənduqə qəbirlər, daş kitabələr və daş qutular olmuşdur.

    Ermənilər tərəfindən dağıdılmış abidələr haqqında

    Xocalı şəhərində 28 may, 1991-ci ildə keçirilmiş tədbirdə Xocalı rayonunun rəhbər işçiləri və fəalları, onlardan çoxu Xocalı soyqırımı zamanı həlak olmuşlar. Ermənistanın işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılmışdır. Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki "Seyid qəbri" və s. , 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi. 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılmışdır.

     Erməni işğalı nəticəsində dağıdılmış mədəni abidələr

   Daş qutu nekropolu–tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı), Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda), Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu), Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində), Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında), Xocalı Məbəd Yeri (50 hektar sahədə 100 məbədi əhatə edir)., Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda), Xaçıncay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə), Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf), Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində), Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında), Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi), Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi), Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində), Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri), Türbə – XlV əsr (Xocalı şəhəri).

     Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar.

   Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi), Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi), Alban məbədi - 905-ci il (Şuşa kəndi), Alban məbədi - 1122-ci il (Xansıx kəndi), Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi), Alban məbədi - 1202-ci il (Armudlu kəndi), XIV əsrə aid olan Xocalı Məqbərəsi., Qala – X əsr (Maşxmaat kəndi), Qırxlar qalası – orta əsrlər (Badara kəndi), Məbəd kompleksi - VII əsr ( Badara kəndi), Qala - IX əsr ( Daşbaşı kəndi), Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi), Aslan qalası – IX əsr (Anabert kəndi), Mədəb – XIII əsr (Xanabad kəndi), Dini abidələrdən Meşəlidəki “Seyid qəbri”.

     Coğrafi mövqeyi

    Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.

    İdman

   26 fevral 2011-ci ildə Təbrizin Traktor Sazi və Tehranın İstiqlal komandaları arasında keçirilən oyun zamanı Traktor Sazi tərəfdarları Səhənd stadionununda Dağlıq Qarabağın işğalına etiraz edib, Xocalı soyqırımı şəhidlərinin xatirəsini anıb, "Qarabağ bizimdir, ermənilər isə işğalçıdırlar" şüarı səsləndirmişdilər. 2014-cü il fevralın 24-də Atletiko Madrid klubu, klubun və Türkiyə milli futbol komandasının futbolçusu Arda Turan Xocalı soyqrımı qurbanlarının xatirəsini anıb.

    Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

 

    Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, wikipedia Qarabağ, tarix.info və erməni vandalizmi  internet səhifələrindən istifadə edilmişdir.

 

K.Ələkbərli
Baş redaktor

 

Bölmə: Xocalı | Əlavə etdi: Beynəlxalq_İnformasiya
Baxılıb: 842 | Yüklənilib: 0 | Qiymətləndirmək: 5.0/8
Şərhlər: 0
avatar