Sədərək
Sədərək rayonu - 15.01.1990
|
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
|
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
|
Xocalı
Xocalı rayonu - 26.02.1992
|
Şuşa
Şuşa rayonu - 08.05.1992
|
Laçın
Laçın rayonu - 18.05.1992
|
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
|
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
|
Tərtər
Tərtər rayonu - 07.07.1993
|
Ağdam
Ağdam rayonu - 23.07.1993
|
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
|
Füzuli
Füzuli rayonu - 23.08.1993
|
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
|
Zəngilan
Zəngilan rayonu - 29.10.1993
|
ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Laçın |
30/06/2017, 04:14 | |
Azərbaycan Respublikası Laçın rayonu
Maddi-mədəni irsi Laçın rayonunun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlır abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar qorunub saxlanmışdır. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Laçında olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir. Mədəniyyət, təhsil və səhiyyə müəssisələrində, Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər, 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə müəssisəsi və sair mövcud olmuşdur. Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.
Arxeoloji abidələr Qədim qəbristanlıq, dəmir dövrü, Abdallar kəndi Kurqan, daş dövrü-Cicimli kəndi Qız qəbri (kurqan), dəmir dövrü-Cicimli kəndi Kurqan, tunc dövrü-Ziyirik kəndi Kurqan, tunc dövrü-Cicimli kəndi Qədim qəbristanlıq-Cicimli kəndi Qədim qəbristanlıq-Güləbird kəndi Qədim qəbristanlıq-Ziyirik kəndi Qədim qəbristanlıq-Malxələf kəndi Kurqan dəmir dövrü-Hoçaz kəndi Kurqan dəmir dövrü-Güləbird kəndi Qədim qəbristanlıq-Zabux kəndi Sümüklü qəbristanlığ orta əsrlər-Xallanlı kəndi Qədim qəbristanlıq-Malıbəy kəndi Qədim qəbristanlıq-Kosalar kəndi Qədim qəbristanlıq-Sultanlar kəndi Kurqan Zeyvə kəndi Qədim qəbristanlıq-Hoçaz kəndi Qədim qəbristanlıq-Varazuğun yaylağı Qədim qəbristanlıq, orta əsrlər-Bozlu kəndi Mağara (Bayqara), dqş dövrü-Mirik kəndi Kurqanlar (Təpələr)-Mirik kəndi Kalafalıq (yaşayış yeri), daş dövrü-Mirik kəndi Kurqan (Xaçın yalı)-Bozlu kəndi Kurqan (Mis yeri)-Quşçu kəndi Qədim qəbristanlıq-Qaragöl yaylağı Qədim qəbristanlıq-Hacılar kəndi Qədim qəbristanlıq, orta əsrlər-Zeyvə kəndi Araxış qəbristanlığı XVI əsr-Ərikli kəndi Qədim qəbristanlıq-Göybulaq yaylağı Vəng qəbristanlığı-Əhmədli kəndi Qədim qəbristanlıq-Fərəcan kəndi Kurqan (Xaçın daşı)-Bozlu kəndi Çoban daş, Cicimli kəndi Çinarqaya (Çinarqəyə)-Qarıqışlaq kəndi Çoban daş-Qarıqışlaq kəndi Qədim qəbristanlıq-Seyidlər kəndi Qəbristanlıq, orta əsrlər-Məzməzək kəndi Qədim qəbristanlıq-Pircahan kəndi Qədim qəbristanlıq-Şəlvə kəndi Qədim qəbristanlıq-Qorçu kəndi Qədim qəbristanlıq-Şeylanlı kəndi Qədim qəbristanlıq-Katos kəndi Qədim qəbristanlıq-Piçənis kəndi Daranın dərəsi (kurqanlar)-Quşçu kəndi Cəddə (kurqanlar)-Quşçu kəndi Qədim qəbristanlıq-Soyuqbulaq kəndi Qədim yaşayış məskəni-Mişni kəndi Qədim yaşayış məskəni-Alxaslı kəndi Qədim yaşayış məskəni-Hajısamlı kəndi Qədim yaşayış məskəni-Aşağı Fərəjan kəndi Qədim yaşayış yeri-Ərikli kəndi Qədim yaşayış yeri-Şeylanlı kəndi Qədim yaşayış məskəni-Haştamlı kəndi Kurqan-Mişni kəndi Qədim yaşayış məskəni-Sus kəndi Qədim yaşayış məskəni-Aşağı Fərəcan Xan qəristanlığı-Riçənis kəndi
Dekorativ–tətbiqi xalq sənət nümunələri (daş-heykəltəraşlıq nümunələri) Daş qutu, dəmir dövrü-Abdallar kəndi Daş at fiquru orta əsr-Zabux kəndi Daş qoç fiquru orta əsr-Zabux kəndi Süjetli daş orta əsr-Xallanlı kəndi Daş at fiquru orta əsr-Xallanlı kəndi Daş qoç fiquru orta əsr-Xallanlı kəndi Daş oyma orta əsr-Xallanlı kəndi Daş at fiquru XVI əsr-Malıbəy kəndi Daş qoç fiquru XVIəsr-Malıbəy kəndi Daş oyma dəmir dövrü-Malıbəy kəndi Süjetli daş orta əsr Malıbəy kəndi Stella, Kosalar kəndi Daş at fiquru orta əsr-Sultanlar kəndi Daş qoç fiquru orta əsr-Sultanlar kəndi Daş oyma orta əsr-Sultanlar kəndi Daş qutu-Hacılar kəndi Süjetli daş fiqur-Varazuğun yaylağı Süjet xarakterli oyma-Varazuğun yaylağı Süjet xarakterli oyma orta əsr-Zeyvə kəndi Süjetli daş fiqur-Malıbəy kəndi Daş at fiquru orta əsr-Bozlu kəndi Daş qoç fiquru orta əsr-Bozlu kəndi Süjet xarakterli oyma-Mirik dərəsi Süjetli daş fiqur-Mirik dərəsi Daş at fiquru XVII əsr-Güləbird kəndi Daş qoç fiquru XVII əsr-Güləbird kəndi Süjet xarakterli oymab XVII əsr-Güləbird kəndi Daş at fiquru-Cicimli kəndi Daş qoç fiquru-Cicimli kəndi Daş at fiquru-Malxələf kəndi Daş qoç fiquru-Malxələf kəndi Süjet xarakterli oyma-Malxələf kəndi Daş at fiquru-Fərəcan k Daş qoç qiquru-Fərəcan k Daş at fiquru-Seyidlər kəndi Daş qoç fiquru-Seyidlər kəndi Daş at fiquru-Pircahan kəndi Daş qoç fiquru-Pircahan kə Daş sənduqələr-Biçənis kən At-qoç fiqurları-Alxaslı kəndi Süjetli daşlar-Mişni kəndi Daş sənduqə-Quşçu kəndi Süjetli daşlar-Sadınlar kəndi At-qoç fiqurları-Sonasar kəndi Süjet xarakterli oyma-Minkənd kəndi Süjet xarakterli oyma-Sonasar kəndi Süjet xarakterli oyma-Mişni kəndi Süjet xarakterli oyma-Alxaslı kəndi Daş kitabə-Sonasar kəndi Süjetli daşlar-Şəlvə kəndi Süjet xarakterli oyma-Haştamlı kəndi İkinci dünya müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi 1970-ci il-Laçın şəhəri Ana və uşaq heykəli 1975-ci il-Laçın şəhəri Sovet İttifaqı qəhrəmanı Əvəz Verdiyevin heykəli 1970-ci il-Laçın şəhəri N.Nərimanovun heykəli 1978-ci il-Laçın şəhəri Sağıcı qız heykəli-Laçın şəhəri Çoban heykəli-Laçın şəhəri Sarı Aşığın xatirə kompleksi-Güləbird kəndi Park (şəhərin başı adlanan yerdə)-Laçın şəhəri O.Musayevin xatirə abidəsi-Əhmədli kəndi Muzeylər Tarix-diyarşünaslıq muzeyi 5000 eksponat-Laçın şəhəri. Dövlət Rəsm Qalereyası 50 eksponat-Laçın şəhəri. Sarı Aşığın xatirə muzeyi 500 eksponat-Güləbird kəndi. Muzey 250 eksponat-Mişni kəndi.
Yazıda, Dövlət Statistika Komitəsinin məlumatları, wikipedia Qarabağ, erməni vandalizmi, anl.az və lachin-ih.gov.az internet səhifələrindən istifadə edilmişdir.
K.Ələkbərli
| |
Baxılıb: 777 | Yüklənilib: 0 | |
Şərhlər: 0 | |