Sədərək
Sədərək rayonu - 15.01.1990
|
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
|
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
|
Xocalı
Xocalı rayonu - 26.02.1992
|
Şuşa
Şuşa rayonu - 08.05.1992
|
Laçın
Laçın rayonu - 18.05.1992
|
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
|
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
|
Tərtər
Tərtər rayonu - 07.07.1993
|
Ağdam
Ağdam rayonu - 23.07.1993
|
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
|
Füzuli
Füzuli rayonu - 23.08.1993
|
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
|
Zəngilan
Zəngilan rayonu - 29.10.1993
|
ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Cəbrayıl |
16/06/2017, 01:09 | |
Azərbaycan Respublikası Cəbrayıl rayonu
1993-cü il avqustun ayının 23-dən Cəbrayıl rayonu erməni silahlı dəs-tələri tərəfindən işğal olunub. Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubun-da, Kiçik Qafqaz dağlarının cənub-şərqində Qarabağ silsiləsində yerləşən, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl ra-yonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir. Ərazisi 1050 km2, əhalisi 76600 min nəfər. Cabrayıl rayonunda 1şəhər, 4qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşir. Cəbrayıl rayonu, Azərbaycan Respublikasında İnzibati mər-kəzi Cəbrayıl şəhəridir. Cəbrayıl şəhəri 23 avqust, 1993-cü ildə işğal edilmiş və vəhşicəsinə dağıdılmışdır. 1873-cü ildə Tiflisdəki “Qafqaz” qəzetinin əməkdaşı H.Kokçayev yazırdı ki, “Cəbrayıl” tatar sözüdür, ona rusca “Qavril” deyilir. Bunu 19-cu yüzildə, rus qafqazşünası K.Qan da təsdiqləyərək əlavə edir ki, bu adın islam dini ilə daha çox bağlılığı var. 1876-cı ildə Azərbaycana ikinci dəfə gələn Kokçayev bu dəfə etnoqrafik məlumatlara əsaslanaraq Cəbrayılı tarixi şəxs adlandırır, əvvəlkindən fərqli fikir söyləyir. Yazır ki, Cəbrayıl keçmiş zamanlarda yaşamış Soltan Əhməd adlı bir hökmdarın yaxın adamlarından olub. Ziyarət dağından Araz çayına qədər torpaqlar da məhz Cəbrayıla və onun qohumlarına məxsus imiş. Digər məlumata görə, Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan, Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə "Allahın qulu" deməkdir. Həsrətini çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl Azərbaycanda inzibati rayon statusu almışdır. 1963-cü il, 4 yanvarda ləğv edilərək Füzuli rayonuna verilmiş və yenidən 17 iyun 1964-cü ildə rayon statusu almışdır. 25 avqust 1993-cü il tarixdə rayon erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
Rayonun tarixçəsi Qarabağın öz dilbər guşələri ilə seçilən buz bulaqları, zümrüd meşələri, əzəmətli dağları, zəngin tarixi-mədəni abidələri ilə yadda qalan bu torpaq, gözəl yerlərindən biridir. Azərbaycanda eramızın I əsrindən yaradılmış kəhriz şəbəkəsindən Cəbrayılda daha geniş şəkildə istifadə olunurdu. Respublikamızda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. Cəbrayıl rayonun əhalisi arasında ərazinin, adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbəndlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata, VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayılın “ağa”, “müqəddəs şəxs”, nəhayət, “ata” adlandırılması sübut edir ki, o, həqiqətən, bu ərazilərin çox nüfuzlu adamı, doğma elini sevən, övladlarına, tələbələrinə doğru yol göstərən xeyirxah bir el ağsaqqalı imiş. Bu səbəblərə görə, Cəbrayıl ata ümumi qəbiristanlıqda deyil, o dövrün adətinə uyğun olaraq ona məxsus torpaqların lap yuxarı başında, Alpaşa dağının hündür və tamaşalı bir yerində ayrıca dəfn olunmuşdur. Cəbrayıl kəndinin şimalında “Cəbrayıl ata” adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, Şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Cəbrayıl rayonunda müxtəlif türbə və məqbərələr mövcuddur. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən XIII-XVI əsrlərə aid "Divlər Sarayı" mağarası, XIV əsrə aid Şıxlar kəndində yerləşən “Dairəvi” türbə və "Şıxbaba" türbəsi, Xubyarlı kəndində XVI əsrə aid "Dairəvi" səkkiz guşəli türbələr, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında "Şəhərcik qalıqlar", “Cəbrayıl ata”, "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid (Allahverdi) hamamı", Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, başqa tarixi-dini memarlıq nümunələri vardır. Türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı, maddi və mədəni abidələri ilə, zəngin olan rayonlarından biri hesab olunur. Köhnə qəbiristanlığında qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan təsvirlərindən, dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları vardır. Onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyasıdır. İşğaldan əvvəl rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri mövcud olub. Cəbrayıl ərazisi e.ə. III-IV əsrlərdə Əhmənilər imperiyasının, III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. Albanların dövründə e.ə. III-IV əsrlərdə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın, e.ə. IV-VII əsrlərdə Midiya, VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. 971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, 1387-ci ildə Teymurilər, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə "Qraxdın" da deyilirdi. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində “Karantin” (qırx gün deməkdir) idarəsinin yaradılması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali "Karantin" sözünü «Qraxdın» kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə "Qraxdın" sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən, 1823-cü ildə Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl rayonunun "Qraxdın" kəndində deyilmişdir. İran tarixçisi Həmdullah Qəzvininin XIII-XIV əsrlərə aid, Azərbaycan tarixçiləri A. Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində zəngin tarixi keçmişi olan Cəbrayıl haqqında qiymətli məlumatlara rast gəlinir. Alimlərin fikrincə, Cəbrayıl əraziləri insanın formalaşdığı yerlərdən biri olmuşdur. Belə ki, məhşur Azıx mağarasının Cəbrayıl qəzası ərazisində olması, eyni zamanda Dağtumas kəndi yaxınlığındakı yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olduğu “Nəfəsli dərə” deyilən ərazidə yerləşən “Divlər sarayı” mağarası deməyə əsas verir ki, ibtidai insanın yaşadığı yerlərdən biri də məhz Cəbrayıl ərazisidir. Bəzi tədqiqatçılara görə, Azıxda yaşayan ulu əcdadlarımızla “Divlər sarayı”nda yaşayan qədim insanlar arasında müəyyən əlaqələrin olması istisna deyildir. Rayonun Diridağı zonası, Ziyarət və Gordubaba dağ əraziləri yaşayış üçün əlverişli olmuşdur. Bunlar bitki örtüyü ilə daha zəngindir. Diridağın cənub ətəklərində, Arazboyu zolaqlarında, Qız qalası yaxınlığında və XX əsrin əvvəllərinə qədər də keçilməz meşələr var imiş. Fikrimizcə, bu dağın Diri adlandırılması da burada insanın yaşaması üçün hər şəraitin olması ilə bağlıdır. Şübhəsiz ki, hələ Cəbrayıl yer adının formalaşmasından çox-çox əsrlər öncə bu torpağın insanları ayrı-ayrı yaşayış məskənləri salmışlar. "Başıkəsik gümbəz" (Sərdabə), Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən gümbəzin üstü açıq olduğuna görə «Başıkəsik gümbəz» adlanırdı. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq gümbəz bərpa edilmişdi. Erməni silahlı qüvvələri tərəfindən gümbəzin divarları bir neçə yerdən dağıdılmışdır. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb. Rayon mərkəzində bir vaxtlar “Dəyirman dərəsi” kimi tanınan boş ərazi ötən əsrin 1980-ci illərində geniş yaşayış massivinə çevrilmişdi. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmişdi. Zəngin ekspanatları olan Cəbrayıl rayonunun, diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi. Rayon mərkəzini, kəndlərlə birləşdirən yolların hamısına asfalt döşənmişdi. Hər 5-10 nəfər sakindən biri özünə minik maşın almışdı. Rayonda elmə, təhsilə maraq gün-bəgün artırdı. Çoxsaylı alimlərimizin, ziyalılarımızın şərəfli, şanlı ənənələri uğurla davam etdirilirdi. Cəbrayılın adı çox yerdə hörmətlə və məhəbbətlə çəkilirdi. 1988-ci ildən başlayaraq rayonun “bəxtində qara zolaqların” sayı artmağa başladı. Cəbrayıl rayonun ərazisində, ermənilərin yaşadığı yer Hərəkül və Banazur kəndi var idi.
Ermənistan işğalının nəticələri Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşmuşdur. İşğala qədər rayon ərazisi tam mühafizə olunmuş, bəzi hallarda qonşu Xocavənd rayonunun erməni işğalında olan bir sıra kəndləri rayon polis işçilərinin və yerli əhalinin iştirakı ilə Azərbaycan ordusu tərəfindən azad olunmuşdur. Ümumilikdə Xocavənd rayonunun Cəbrayıl rayonu ilə qonşu olan 15 kəndi düşmən işğalından azad edilmiş, onların bəzilərinə Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə deportasiya edilmiş soydaşlarımız yerləşdirilmişdir. Gəncə qiyamı nəticəsində Azərbaycan ordusunun döyüş qabiliyyəti sarsılmış, ordu içinə siyasi ünsürlər daxil olmağa başlamış və bunun nəticəsində Ağdam rayonu işğal olunmuş, Cəbrayıl və Füzuli rayonlarının işğalı üçün real zəmin yaranmışdır. 1993-cü ilin avqust ayı ərzində rayon ərazisində fövqəladə vəziyyət elan edilmiş, erməni işğalçıları Azərbaycan ordusunun hələ 1992-ci ilin yayında işğaldan azad etdiyi Xocavənd rayonun kəndlərini yenidən işğal edərək Cəbrayıl şəhərinə yaxınlaşmışdır. Avqust ayı ərzində Cəbrayıl şəhəri güclü atəşə məruz qalmış, düşmən ordusunun atdığı qrad mərmiləri şəhərin bir çox yerlərinə zərər vurmuş, əhali arasında ölənlər olmuşdur. 15 avqust 1993-cü il tarixdə düşmən ordusu Cəbrayıl şəhəri yaxınlığında yerləşən Daşbaşı yüksəkliyini ələ keçirirərək orada növbə çəkən 23 nəfər Cəbrayıl gəncini öldürmüş, onların meyidlərini tanınmaz hala salmışdır. 18 avqust 1993-cü il tarixdə erməni işğalçıları şəhəri mühasirəyə almışdır. Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin şiddətli müqavimətinə baxmayaraq Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunmuşdur. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid vermişdir. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu. 2 aprel 2016-cı il-in aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələ təpə yüksəkliyini erməni silahlı dəstələri ilə, dörd günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Cabrayıl rayonunda 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarətdir. Rayona Cəbrayıl şəhəri, Qumlaq, Xələfli, Xudafərin, Mahmudlu qəsəbələri və Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çapand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, Tinli, Qovşudlu, Hacı İsaqlı, Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Fuğanlı, Dəcəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Keçəl Məmmədli, Yanarxac, Alıkeyxalı, Maşanlı, Hasanlı, Mehdili, Çaxırlı, Minbaşılı, Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynalılar, Hacılı, Tulus, Dağ Tumas, Qarağac, Sofulu, Çələbilər, Dağ Maşanlı, Qazanzəmi, Söyüdlü, Aşağı Maralyan, Yuxarı Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, Göyərçin Veysəlli, Böyük Mərcanlı, Yuxarı Mərcanlı, Xanağabulaq, Çullu, Dərzili, Daş Veysəlli, Yuxarı Nüsus, Aşıq Məlikli, Niftalılar, Quşçular, Həsənqaydı, Mahmudlu, Cocuq Mərcanlı kəndləri daxildir. İri yaşayış məntəqələri Cəbrayıl şəhəri, Böyük Mərcanlı, Soltanlı, Horovlu, Balyand kəndləridir.
Xudafərin körpüləri Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd oğlu tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir. 15 aşırımlı Xudafərin körpüsündən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir, Cəlil Məmmədquluzadə vaxtilə Cəbrayıl qəzasının əhalisinin güzəranı, onların adət-ənənələri, mədəniyyəti barəsində maraqlı fikirlər söyləmişlər. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Azərbaycan Abidələrini Müdafiə Təşkilatının sədri Şaiq İsmayılov bildirir ki, Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir: “Xudafərin deyiləndə ilk növbədə yadımıza Araz çayı üzərində salınan körpü düşür. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Azərbaycanın memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da farsca “Allah tərəfindən yaradılmış”, “Allaha Mərhəba” mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Ancaq bu körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara “Xudafərin” adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub”. Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub. Bu körpülər həm də yüzillər boyu yadellilərin Azərbaycanın Quzeyinə basqınlarına da şərait yaradıb. Hər halda bu körpülər Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır. Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzədək qalmışdır. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki, burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır. Körpülərin böyüyünün- bişmiş kərpic və çaydaşından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 m, çay səviyyəsindən ən yüksək hündürlüyü 12 m, ən iri tağ aşırımı 8,7 m, ən kiçik tağ aşırımı 5,8 metrdir. Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən aparılmışdır ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir. On bir aşırımlı Xudafərin körpüsü isə çay axarının yuxarısında olub bütünlüklə daşdan tikilmiş və yaxşı yonulmuş daş lövhələrlə üzlənmişdir. Tədqiqatçılar bu körpünün XIII əsrin sonlarında antik körpü qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. On bir aşırımlı Xudafərin körpüsünün yalnız üç orta tağı salamat qaldığından el arasında “Sınıq körpü” adı ilə məşhurdur. Ümumdünya əhəmiyyətli tarixi hadisələrə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həllinə və s. görə Xudafərin körpüləri universal dəyərli abidələrdir. Transkontinental yollar, o sıradan Böyük İpək Yolu üzərində olduğundan Xudafərin körpüləri yüzillərcə yalnız ölkədaxili və ölkələrarası deyil, qitələrarası əlaqələrdə də faydalı olmuşdur. 1993-cü ildə Cəbrayıl rayonunun, Erməni silahlı dəstələri tərəfindən işğalından sonra Azərbaycan ərazisində yerləşən bu Xudafərin körpüləri də əsirlikdə qalmışdır, aqibəti haqqında tam dəqiq məlumat yoxdur, amma hələdə qalıqları qalmaqdadır.
Əhali Rus imperiyası işğaldan əvvəl vergi yığmaq məqsədilə, siyahı tərtib edərkən 1823-cü ildə Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. 1897-ci rusiya imperiyasının əhalisinin siyahıya alınması nəticələrinə əsasən Cəbrayıl qəzasının əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. Qəzanın əhalisinin 49.189 nəfəri (74,1%) yerli türklərdən, 15.746 nəfəri (23,7%) isə gəlmə ermənilərdən ibarət idi. Cəbrayıl rayonunda 2008-ci il siyahıya alınmanın nəticələrinə əsasən əhalinin sayı 70270 nəfər idi.
Tanınmış şəxslər Əşrəf Mehdiyev -- Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının və Qeyrət Partiyasının sədri Aşıq Qurbani — Azərbaycan aşıq məktəbinin yaradıcısı. Mehdi Mehdizadə — akademik, Azərbaycan SSR-nin maarif naziri. Teymur Quliyev — Azərbaycan SSR Nazirlər Sovetinin Sədri. Əşrəf Hüseynov — akademik, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti. Sabir Əhmədli — Əməkdar incəsənət xadimi,Azərbaycanın xalq yazıçısı. Tofiq Hacıyev — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, türkoloq, dilçi, ədəbiyyatşünas. Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Ramil Səfərov — azərbaycanlı hərbçi. Əli Həsənov — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dövlət Qaçqınkomun Sədri. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyətinin sədri. Qorxmaz Hüseynov — AzərSU MMC-nin Prezidenti Aslan Aslanov — AzərTAc-ın Baş direktoru Rauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Murad Babayev — 1991-1992-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru. Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı Cəmil Əhmədov — Sovet İttifaqı Qəhrəmanı Şikar Aslanov - Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərov - Azərbaycanın Milli Qəhrəmanı Telman Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinin Professoru, Şöhrət Ordenli Əlyar Məmmədov - Azərbaycanlı hərbçi,dövlət mükafatçısı Tehran Vəliyev- Azərbaycanın ən məşhur tərcüməçilərindən biri
İqtisadiyyat 1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayonda irili, xırdalı 90 kənd vardı. Həmin illərdə camaatın güzəranı daha da yaxşılaşmağa başladı. Sözügedən dövrdə irəliləyişə səbəb olan əsas amil üzüm bağlarının salınması idi. Cəbrayıl rayonun ərazisi, sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Rayonda 4039 hektar meşə zolağı, 58585 hektar əkin sahəsi, 1079 hektar bağ sahəsi var idi. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi. Meyvə yetişdirilirdir. Heyvandarlıq inkişafı və Kökəltmə birliyi yaradılmışdır. Rayon ərazisindəki iki böyük suvarma kanalından, “Teymur Quliyev” və “Maralyan” kanalları kənd təsərrüfatının intensiv inkişafını təmin edirdi. Cəbrayılda xalçaçılıq, xüsusi "Qasımuşağı", "Kürd", "Qaraqoyunlu", "Bəhmənli" adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçaları ilə məşhur olmuşdur. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatında əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, Quşçuluq və baramaçılıqla məşğul olurdu. Üzüm emalı və çörək zavodları, kənd təsərrüfatı texnikası təmiri müəssisəsi, elektrik şəbəkəsi, xalça emalatxanası və s elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Cəbrayı rayonunda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 ümumtəhsil məktəbi 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 40 klub müəssisəsi, 10 mədəni çadır və avtoklub, cihazqayırma sexləri, 7 sovxoz, 8 xəstəxana, 11 həkim və 52 feldşer-mama məntəqəsi, 4 səyyar kinoqurğusu, 78 kitabxana, Cəbrayıl xalça məktəbi və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat və 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi və Quşçuluq fabriki fəaliyyət göstərirdir.
Coğrafi mövqeyi Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardı. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 360-dan çox dişgöynədən, təbii minerallarla zəngin bulaqlar vardır. Səthi, əsasən, maili düzənlik İncəçöl, Gəyan çölü, şimalda alçaq dağlıqdır. Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır. İqlimi ərazinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimal hissəsində yayı quraq keçən mülayim-istidir. Orta temperatur yanvarda 0-2oS, iyulda 24-25oS-dir. İllik yağıntı 400-500 mm. Çayları qısa və müvəqqəti axarlıdır, İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstündür. Meşələr var. Heyvanları canavar, tülkü, süleysin, çölsiçanı və s.
Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyi Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyi 1980-ci il dekabrın 8-də yaradılmışdı. Bu müddət ərzində muzeydə Cəbrayıl rayonu ilə bağlı 19 minə yaxın eksponat toplanmışdı. 1993-cü ildə erməni silahlı dəstələrinin hücumları zamanı muzeyin, təxminən 16 minə yaxın eksponatını xilas etmək mümkün olmuşdur. Muzeydə daşınması çətin olan bir sıra əşyalar, ümumilikdə 2 mindən artıq eksponat hazırda erməni işğalçıları tərəfindən məhv edilmişdir.
Cəmil Əhmədovun xatirə muzeyi Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyi Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi 1985-ci ildə yaradılmışdır. Xatirə muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə rayonun ən qədim təhsil ocağı hesab edilən Cəmil Əhmədovun adına olan orta məktəbin həyətyanı sahəsində inşa edilmişdi. Ümumi sahəsi 100 kvadratmetr olan muzey üç otaqdan ibarət idi. Cəmil Əhmədovun xatirə kompleksindəki büstü tanınmış heykəltaraş Ömər Eldarov tərəfindən hazırlanmışdır. Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlamış, sonradan bu eksponatların sayı 800-ə çatdırılmışdı. 1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən bir qədər əvvəl Cəmil Əhmədovun xatirə muzeyindən çox az sayda eksponat Bakıya gətirilərək Muzey mərkəzinə təhvil verilmişdir. Həmin eksponatlar hazırda İstiqlal muzeyində qapalı şəraitdə saxlanılır.
Çələbilər kəndində məscid-mədrəsə Cəbrayılın Çələbilər kəndində yerləşən tikintisi XVI əsrə aid olan məscid-mədrəsə Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə din xadimləri, alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs demişdir. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun işğalına qədər bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunmuş, ilkin formasına gətirilmişdi. Hazırda dağıdılmış vəziyyətdədir.
Xubyarlı kəndində türbələr Cəbrayıl şəhərinin şimalında Xubyarlı kəndində memarlıq üslubuna görə orta əsr tarixində özünəməxsus yer tutan XV əsrə aid «Dairəvi » türbə, XVI əsrə aid 8 guşəli türbə xüsusi təmir-bərpa briqadası tərəfindən Cəbrayıl rayonunun işğalından əvvəl tam bərpa olunmuşdu. Əldə olunan məlumatlara görə, bu abidələr də işğalçılar tərəfindən yerlə - yeksan edilmişdir.
Şıxlar türbəsi (Dairəvi türbə) Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığında XIV əsrdə tikilmiş Şıxlar türbəsinin hündürlüyü 8 metrə, diametri 6 metrə yaxındır. Şıxlar türbəsinin günbəzinin yuxarı hissəsi erməni silahlı qüvvələrinin işğalı zamanı dağıdılmışdır.
ARXEOLOJİ ABİDƏLƏR Ağoğlan nekropolu ilk orta əsrlər, Cəbrayıl şəhəri Karxulu kurqanları və yaşayış yeri tunc dövrü, Karxulu kəndi Çanqulu kurqanı tunc dövrü, Mahmudlu kəndinin şimal-qərb tərəfində Quştəpə kurqanı tunc dövrü, Mahmudlu kəndinin şimal-qərb tərəfində İmanqazan təpələri tunc dövrü, Şıxlar kəndi Şıxlar mağarası daş dövrü, Şıxlar kəndi Şıxlı kurqanları son tunc dövrü, Şıxlar kəndi İmamqazantəpə kurqanı tunc dövrü, Şıxlar kəndi Qaladağ qalaçası və yaşayış yeri ilk orta əsrlər, Qalaçıq kəndi Məsçidtəpə kurqanı tunc dövrü, Qalaçıq kəndi Qışlaq kurqanları və yaşayış yeri tunc dövrü, Qışlaq kəndi Hovuzlu kurqanları son tunc və ilk dəmir dövrü, Hovuzlu kəndi Çinlitəpə yaşayış yeri ilk dəmir dövrü, Horovlu kəndi Torağaytəpə yaşayış yeri ilk tunc dövrü, Şükürbəyli kəndi Divlər sarayı daş dövrü, Çələbilər kəndi
MEMARLIQ ABİDƏLƏRİ Sultan Allahverdi hamamı XIX əsr, Cəbrayıl şəhəri Dairəvi türbə XVII əsr, Xubyarlı kəndi Səkkizguşəli türbə XVII əsr, Xubyarlı kəndi Dairəvi türbə XIV əsr, Şıxlar kəndi Qala qülləsi Sirik kəndi Qız qalası XII əsr, Diridağ dağında Sərdabə XIII-XIV əsrlər, Dağtumas kəndi Məscid Çələbilər kəndi Məscid XIX əsr, Papi kəndi Məscid Daşkəsən kəndi Məscid XIX əsr, Məzrə kəndi Məscid XIX əsr, Süleymanlı kəndi
ARXEOLOJİ ABİDƏLƏR Köhnə qəbiristanlıq orta əsrlər, Cəbrayıl şəhərinin şimal-qərbində Köhnə qəbiristanlıq XVII-XVIII əsrlər, Karxulu kəndi Köhnə qəbiristanlıq orta əsrlər, Sirik kəndi Köhnə qəbiristanlıq orta əsrlər, Diridağ dağında Mağara orta əsrlər, Dağ Tumas kəndi Köhnə qəbiristanlıq orta əsrlər, Şıxlar kəndi Şəhərcik kəndinin xarabalıqları orta əsrlər, Şıxlar kəndi Duluzxana yaşayış yeri orta əsrlər, Şıxlar kəndi Hasanlı yaşayış yeri orta əsrlər, Həsənli düzü Qala yaşayış yeri orta əsrlər, Sirik kəndi
Bağ-park, Monumental və xatirə abidələri C. Əhmədovun ev muzeyi və heykəli 1985-Cəbrayıl şəhəri, İstiqlaliyyət küçəsi Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi 1975-Cəbrayıl şəhəri, «Qartal» pavilyonunun yanı Dekorativ-tətbiqi sənət nümunələri (xalq daş-heykəltəraşlıq abidələri) Daş qoç fiqurları və süjetləri-orta əsrlər, Tarix-diyarşünaslıq muzeyinin qarşısında
Qəhrəmanlar 1993-cü il avqust ayının 23-də Cəbrayil rayonun ərazisi 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə ümumtəhsil məktəblər, xəstəxanalar, 132 tarixi abidə, 150 mədəniyyət ocağı və s. 92 kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Qarabağ müharibəsində 362 nəfər şəhid və 191 nəfər əlil olmuşdu. Ermənistan silahlı dəstələrinin işğalı zamanı Cəbrayıl torpaqlarımızın müdafiəsində çox şəhidlər vermiş, onların bir çoxu "Azərbaycanın Milli Qəhrəmanı" Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları yüksək fəxri adına layiq görülmüşlər. Döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 191 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülmüşdür. Hazırda cəbrayıllılar arasında 362 nəfər şəhid ailəsi var. Cəbrayıldan vaxtilə 7 nəfər Sosialist Əməyi Qəhrəmanı Bəyaz Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar İmrəliyev, 1 nəfər Sovet İttifaqı Qəh-rəmanı adına layiq görülmüşdür.
Cəbrayıl rayonu 1993-cü il avqustun ayının 23-də erməni silahlı dəstələri tərəfindən işğal edilmiş əraziləri, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri vəhşicəsinə tamamilə dağıdılmış, zəngin təbii sərvətləri talan edilmişdir.
Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri, aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və başqaları, bu kimi el sənətkarlarının vətənidir.
Yazıda, Sönməyən məşəl: Qorxmaz Abdulla, Arif Xəlilov, Tariyel Abbaslı. Bakı, “Adiloğlu” nəşriy-yatı, 2006, 124 səh. kitabından və AMEA-nın əməkdaşı Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri, Siyasi fəlsəfə doktoru Zaur Əliyevin yazısından və wikipedia Qarabağ, virtual karabakh, karabakh media, erməni vandalizmi və tarix.info internet səhifələrindən istifadə edilmişdir.
K.Ələkbərli
| |
Baxılıb: 2923 | Yüklənilib: 0 | |
Şərhlər: 0 | |