"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 05/02/2025, 10:58
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 3 » Rzayev Rəsul İbrahim oğlu
10:01
Rzayev Rəsul İbrahim oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

       Rzayev Rəsul İbrahim oğlu - azərbaycanlı şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycanın Əməkdar incəsənət xadimi (1945).

       Həyatı

       Rəsul Rza 1910-cu il may ayının 19-da Azərbaycanda anadan olmuşdur. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.

    Rəsul Rza Azərbaycan Yazıçılar İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olmuşdur. 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.

        Yaradıcılığı

     Rəsul Rzanın "Bu gün" adlı ilk şeiri 1927-ci ildə "Qığılcım" almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şeirlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.

       Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı ("Vətən" (1942), "İntiqam! İntiqam…" (1943) şeir kitabları, "Ölməz qəhrəmanlar" (1942), "Qəzəb və məhəbbət" (1943) hekayə və oçerk topluları, "Vəfa" (1943) pyesi və s). Bədii cəhətdən ən güclü əsərlərindən biri "Lenin" poemasıdır.

       1960-cı ildə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi ("Şeirlər" (1959), "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965) şeir kitabları). "Qızıl gül olmayaydı" (1958-61), "Bir gün də insan ömrüdür", "Xalq həkimi" (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. "Rənglər" (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da ("Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979) kitabları) əsas mövzusudur. Rəsul Rza və Nigar Rəfibəylinin Bakıda xatirə lövhəsi (Bakı)

       Uşaqlar üçün də yazmışdır ("Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri var ("Mənim fikrimcə" kitabı, 1967).

       Nizami Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, N. A. Nekrasovun "Rus elində kimin günü xoş keçir" poemasını, H. Lonqfellonun "Hayavata haqqında mahnı" poemasını, Lope de Veqa, V. Göte, C. Q. Bayron, A. S. Puşkin, H. Heyne, M. Y. Lermontov, T. Şevçenko,Ş. Petöfi, A. Blok, Nazim Hikmət, P. Elüar, F. Qarsia Lorka, V. Nezval, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şeirlərinə musiqi bəstələnmişdir

       R.Rzanın "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir. Bununla belə,R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. Rəsul Rza təhkiyənin bu formasını əsərin sonuna qədər davam etdirir.

       Mükafatları

       Xatirəsi

     Xalq şairi Rəsul Rza haqqında “Çinar ömrü” adlı film çəkilmiş və 2011-ci ildə Kinematoqrafçılar İttifaqında təqdimatı olmuşdur. Filmin quruluşçu rejissoru Ramiz Həsənoğludur.

     2011-ci ildə "...Yaşıl atlas-ömürdən səhifələr" adlı bədii-sənədli film çəkilmişdir. Filmin təqdimatı Beynəlxalq Muğam Mərkəzində olmuşdur. Rejissoru Əhliman Qafarovdur.

       Şeirlərinə mahnılar

       Filmoqrafiya

  1. Ağ rəngin simfoniyası (film, 2003)
  2. Azərbaycan elmi (film, 1969)
  3. Azərbaycan naminə! (film, 2004)
  4. Bəxtiyar (film, 1955)
  5. Böyük ömrün anları (film, 2006)
  6. Dəcəl dəstə (film, 1937)
  7. Dostluq himni (film, 1974)
  8. Eldən soruş (film, 1980)
  9. Göy rəngin melodiyası (film, 2003)
  10. Kəndlilər (film, 1939)
  11. Kölgələr sürünür (film, 1958)
  12. Qırmızı rəngin ekspressiyası (film, 2002)
  13. Qız qalası (film, 1984)
  14. Qızıl gül olmayaydı... (film, 1965)
  15. Qızıl gül olmayaydı... (film, 1990)
  16. Mətbuat fədaisi (film, 2007)
  17. Ordenli Azərbaycan (film, 1938)
  18. Salam, Zeynəb! (film, 1982)
  19. Tikdim ki, izim qala. III film (film, 1998)
  20. Toğrul Nərimanbəyov (film, 1966)
  21. Üzeyir ömrü (film, 1981)
  22. Yaşıl rəngin qamması (film, 2002)
  23. Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 796 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar