04:00 Qasımov Adil Möhsün oğlu |
Qasımov Adil Möhsün oğlu — şair, 1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Həyatı Adil Qasımov 1938-ci il 12 mart tarixində Naxçıvan şəhərində anadan olmuşdur. Orada Cəlil Məmmədquluzadə adına 2 saylı şəhər məktəbini bitirdikdən sonra APİ-nin pedaqogika və ibtidai təhsil metodikası fakültəsində təhsil almışdır (1958-1962). "Pambıqçı qızlar" adlı ilk şeiri 1958 ci ildə "Şərq qapısı" qəzetində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əmək fəaliyyətinə Ə.Ağayev adına Naxçıvan internat məktəbində müəllim kimi başlamışdır (1962). Sonra Naxçıvan rayonu kənd istehsalat komsomol komitəsində şöbə müdiri, Nehrəm kənd orta məktəbində müəllim, Myasnikovabad kənd məktəbində müəllim, Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində müəllim, (1963-1970), Naxçıvan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində (1971-ci ildən) böyük redaktor vəzifəsində işləmişdir. "Aylı gecənin qaranlığında" adl pyesi C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur (1988). Əsərləri
|
|
Şərhlər: 0 | |