"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 05/02/2025, 10:53
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 24 » Məmmədquluzadə Həmidə Əhməd bəy qızı
09:33
Məmmədquluzadə Həmidə Əhməd bəy qızı

YAZIÇILAR VƏ SAİRLƏR

    Məmmədquluzadə Həmidə Əhməd bəy qızı — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü.

       Həyatı

       Həmidə Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmiş, Cəlil Məmmədquluzadənin həyat yoldaşı olmuşdur. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu.

       İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdü. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdi.

       Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.

     Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu hadisə Həmidə Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.

      Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

          Xatirəsi

      2005-ci ildən etibarən Ağcabədinin Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi fəaliyyət göstərir. Muzeydə 210 eksponat sərgilənir.

Kitabları

  • Həmidə Məmmədquluzadə. "Mirzə Cəlil haqqında xatirələrim". "Azərnəşr", 1967.
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 692 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar