"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
BAZAR GÜNÜ, 26/01/2025, 16:32
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 3 » Məhəmməd Şəms əd-Din Əli oğlu
16:18
Məhəmməd Şəms əd-Din Əli oğlu

YAZIÇILAR VƏ SAİRLƏR        Məhəmməd Şəms əd-Din ibn Əli - mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alim və şair. (Doğum yeri: Təbrizİran - 1185; Vəfat yeri: Xoy, İran - 1248)

          Həyatı

     Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan  Şəms ədDin Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır. Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr etmişlər. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili görmüşdür.

     Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını almışdır. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə seçilmişdir. İran alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır ki, Şəmsəddin Təbrizi ruh qədər incə idi. O, dinin və həqiqətin günəşi idi.

      Şəmsin müridləri çox olub. Onların arasında Əbu Bəkr Sələbaf Təbrizi, Rüknəddin Səcasi və başqaları da vardı. O, həmişə qara rəngli keçə libas geyərmiş. Çoxlu səyahətlərə çıxmış, əsasən, karvansaralarda yaşamışdır. 1244-cü il 26 noyabrd Türkiyənin Konya şəhərində Düyüsatanların karvansarasında Şəms sonralar ən məşhur şairlərdən olan Cəlaləddin Rumiilə görüşür və bu tanışlıq möhkəm dostluğa çevrilir. Onların bu görüşünü müasirləri iki dənizin qovuşması kimi qiymətləndirir, bu görüşü "Mərc əl Bəhreyn" adlandırırlar. Şəmsin yüksək insani keyfiyyətləri, sufi ideyalarına dərindən sədaqəti Rumini özünə cəlb edir. Rumi onu özünün mürşidi elan edərək, elmi fəaliyyətini dayandırır, mədrəsədəki işini buraxır. Onlar vaxtlarını Şəmsin digər müridləri ilə birlikdə sufi məclislərində keçirirlər.

       Bu məclislərin əsasını musiqi və xüsusi dərviş rəqsləri tuturdu. Şəmsin varlığı Rumiyə Allaha qovuşmaqda bir yardımçı olur.

         Rumi Şəmsə sevgilərini izhar edən şerlər də həsr edir:

Mən Merkuri təki kitablara əyilirdim,
Katiblər qarşısında otururdum.
Lakin sənin üzünü görüb məst oldum
Və qamış qələmləri sındırdım.
Sənə istəkdən doğan göz yaşlarımla dəstamaz alıb
Namaz vaxtı sənin üzünü qibləyə çevirdim.
Əgər sənsiz diri qalsam
Məni axıra qədər yandır.
Mənim başımı əlimdən al
Əgər ondakı ağıl sənin olmayacaqsa!
Kəbədə, kilsədə, məsciddə sənə dua edirəm
Sən mənim məqsədimsən, həm yerdə, həm göydə!
Mən sənin çörəyini yeyib büsbütün doymuşam
Mən sənin suyundan bir qurtum içmişəm, mənə su lazım deyil.
Kimə pərəstiş edirsənsə, sənin qiymətin də o həddədir
Sənə pərəstiş etməklə mən necə də xoşbəxtəm!

       Ruminin doğmaları və xüsusilə də müridləri onun bu halından təşvişə düşüb, bu ruh qardaşlarını hər vəchlə ayırmaq istəyirlər. Şəmsəddin 1246-cı ildə Rumidən xəbərsiz Konyanı tərk etməli olur. O, Dəməşqə köçərək, özü barədə Rumiyə heç bir xəbər vermir. Lakin Şəmsin bu gedişi vəziyyəti düzəltmir. Rumi ayrılığı çox ağır keçirir. O, cəmiyyətdən üz çevirib, özünə qapılır. Hicran dərdi onun şeirlərinə xüsusi bir qüvvə bəxş edir. Nəhayət, Rumi Şəmsin harada olduğunu öyrənir və sanki bu xəbər onu yenidən həyata qaytarır. Bunu görən dostları Ruminin oğlu Sultan Vələddən Şəmsəddin Təbrizinin ardınca Dəməşqə yola düşməsini rica edirlər.

          Rumi oğlu vasitəsilə ona bu şeri göndərir:

Ah, tezliklə gedin və tapın
Sevimli dostu evə gətirin.
Şirin sözlər və xoş nəğmələrlə
O Ay üzlünü bizim yanımıza çəkin.
Onun sözü qüdrətli və bütövdür
O, çayları geriyə döndərə bilər.
Onun vədlərinə və möhlət istəməsinə
İnanıb, özünüzü aldatmağa qoymayın.
Bircə o xoşluqla və sağ-salamat
Qayıdıb qapımızı döyəydi.
Onda siz elə bir şey görəcəksiniz ki,
Heç tanrının özü də elə şey görməyib...

       Şeiri oxuyan Şəms Konyaya qayıdır. Burada onu böyük şərəflə qarşılayır və onun şəninə təntənəli ziyafətlər verirlər. Şəmslə Ruminin dostluq münasibətləri əvvəlki qaydasına düşür. Rumi yenə də bütün vaxtını Şəmslə keçirərək, ondan bir an belə ayrılmır. Şəmsəddin Təbrizi Ruminin bacısı Kimiya ilə ailə qurur. Bütün bunlara baxmayaraq, bədxahları yenə də Şəmsi rahat buraxmırlar. Və o, yenidən, bu dəfə isə həmişəlik, Konyanı tərk edir. Onun birdən-birə yoxa çıxması indiyə qədər də müəmmalıdır. Ola bilər ki, Şəmsi Ruminin müridləri aradan götürmüş, ya quyuya tullamış, ya da öldürüb, atasının yanında basdırmışlar.

       Səhər tezdən mədrəsəyə gələn Rumi orada heç kəsi tapmır. Uzun zaman inadla onu axtarır. Hüznü ölçüyəgəlməzdir, Günəşi (farsca Şəms) biryolluq batmışdır. Şairin ruhi sarsıntıları hüdudsuz olsa da, birdən-birə möcüzə baş verir. Rumi Şəmsi özündə yenidən yaratmaq üçün güc və qüvvə tapır. O, dünya məhəbbət lirikasının ən heyrətamiz nümunələrindən birini yaradır və "Şəms Təbrizinin divanı" adlanan bu toplunu öz mürşidinin adına bağlayır.

       Gənc alim sufi axtarışlarını biryolluq tullayaraq, özünü tamamilə Şəmsəddin Təbrizi adlı bir şairə çevirir. M. İ. Zənd yazır ki, "Divan"ın və bura daxil olan hər bir şeirin Şəmsəddin Təbrizinin adından yaradılması heç vəchlə Cəlaləddin Rumi üçün poetik fənd, yaxud itkin düşmüş dostunun xatirəsinə hörmət kimi qəbul edilə bilməz: Şəmsi gerçək dünyanın makrokosmunda itirmiş mütəfəkkir onu öz qəlbinin mikrokosmunda tapmış olur. Və şairin özündə, könlündə duyduğu bu mürşid həmin nəğmələri ona diqtə edir, Rumi isə bu məqamda onları qələmə alandan (katib), oxuyandan, rəvayət edəndən (ravi) başqa heç bir rol oynamır. Ancaq eyni zamanda bu nəğmələr həm də onun öz şeirləridir. Çünki bunlar onun qəlbində yaranmışdır. Beləliklə, Cəlaləddini onun dili ilə danışan Şəmsəddinlə həm eyniləşdirmək olar, həm də olmaz. Buna görə də bu divanın subyekti, müəllifi, lirik qəhrəmanı kimi çıxış edən Şəms eyni zamanda bunların intim-lirik anlamda obyekti də sayıla bilər. Ancaq bu "obyekt"in yalnız mürəkkəb rəmzi qavrayış planında anlaşılması mümkündür. Şəmsəddin Təbrizi ilə ünsiyyəti Rumiyə mistik idrakın yeni bir yolunu tapmaqda kömək etmişdi. Buna baxmayaraq, onun təriqəti yalnız Rumi öldükdən sonra Mövləvilik adı ilə formalaşır. Mövlana ("bizim müəllim") onun titullarından biri idi. Rumi yaradıcılığı və mövləvilik təriqəti Şərq xalqlarının dini-fəlsəfi və poetik düşüncə tərzinin inkişafına böyük təkan vermişdir. Bu deyilənlərdən başqa, həmin təriqət həm də hələ Şəmsəddinin yaratdığı dərviş rəqsləri ilə məşhurdur. Avropalılar bu təriqətin dərviş rəqslərinə böyük maraq göstərmişlər.

       Şəms Təbrizinin şagird və müridləri onun söhbətlərini yazıya alıb "Məqalat" adlı kitab halına salmışlar.

       Əsərindən nümunələr

       Təbrizi: Hekayətlər

       Şəms Təbrizi: Qısa kəlamlar

       Şəms Təbrizi: Hikmətlər

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 910 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar