"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 05/02/2025, 11:01
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 24 » İsayev Hamlet Abdulla oğlu
10:28
İsayev Hamlet Abdulla oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

      İsayev Hamlet Abdulla oğlu — riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, alim, şair, yazıçı, publisist, tərcüməçi, elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi.

       İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır.

   Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s.

    Hamlet İsaxanlının keçid iqtisadiyyatında olan ölkələrin təhsil sistemində islahatlara dair baxışları, nəzəri və praktik işləri təhsil xadimlərinin, hökumət nümayəndələrinin, siyasətçilərin və ümumiyyətlə, ictimaiyyətin fikir və işinə təsir göstərmişdir. O, öz fikirlərini açıq ifadə edən görkəmli ictimai xadim və ziyalıdır.

     1920-ci illərin sonu və 1930-cu ildə GürcüstanErmənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.

       Həyatı

       Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində anadan oldu. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdi. 1970-ci ildə Nailə xanım Əsgərli ilə evləndi. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərildi və 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı.

   1973-1983-cü illər ərzində Hamlet İsaxanlı MoskvaBakıda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışdı, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu. Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərdi.

    Hamlet İsayev imzası ilə SSRİ, ABŞ, Böyük Britaniya, KanadaAlmaniya kimi ölkələrdə nüfuzlu elmi jurnallarda və məcmuələrdə elmi-tədqiqat əsərləri dərc olundu. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda "Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görüldü.

      Hamlet İsaxanlı imzası ilə elm, təhsil, humanitar və sosial elmlər üzrə məqalə və kitablar, şeir kitabları, bədii-publisistik əsərlər nəşr etdirdi.

      1991-ci ildə İngilisdilli Azərbaycan Universitetinin yaranmasına təşəbbüs göstərdi, Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991 tarixli qərarları ilə rəsmi status alan bu ali məktəbi təsis etdi, onu sıfırdan yaratmağa başladı. Azərbaycanın ilk özəl universitetinin qurucu rektoru olaraq geniş fəaliyyət göstərdi. Bir qədər sonra yeni – Xəzər Universiteti (Universitəsi) adını alan bu elm, təhsil və mədəniyyət ocağı Azərbaycanın dünyada ən yaxşı tanınan hörmətli təşkilatlarından biri oldu.

    Daha çox strateji inkişaf məsələləri ilə məşğul olmaq və həmçinin elmi-bədii yaradıcılığa vaxt qazanmaq məqsədilə 2010-cu ilin əvvəlində Xəzər Universitetinə yeni rektor təyin etmək üçün müsabiqə elan etdi. 2010-cu ilin sentyabr ayından başlayaraq özü Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri vəzifəsində, müsabiqədə uğur qazanan professor Con Rayder (ing. John Ryder) isə yeni rektor vəzifəsində fəaliyyətə başladılar. Hamlet İsaxanlı Azərbaycanda universitetin Direktorlar və Qəyyumlar Şurasını yaratmaq və müsabiqə yolu ilə xaricdən rektor gətirmək fikrinə düşən və onu həyata keçirən ilk insan oldu.

     2012-ci ildə Hamlet İsaxanlı digər dörd görkəmli elm və sənət adamı (Halil İnalcık-Türkiyə, Lütfizadə-ABŞ, Mahmud Gazi Yaşargil-ABŞ, Arif Məlikov-Azərbaycan) ilə birlikdə Avrasiya Akademiyasını Avrasiya Akademiyası təsis etdi. Bu Akademiya riyaziyyat və təbiət elmləri, həyat haqqında elmlər, mühəndislik və texnologiya, sosial və humanitar elmlər, musiqi, ədəbiyyat və incəsənət sahələrini əhatə etməklə, öz qarşısına görkəmli insanları obyektiv surətdə şərəfləndirmək məqsədi də qoymuşdur.

     Hamlet İsaxanlı elm və təhsil təşkilatçısı kimi geniş tanınmaqla yanaşı, ədəbiyyat, mədəniyyət və incəsənətin inkişafı, siyasi mədəniyyətin və media mədəniyyətinin inkişafı, idmanın inkişafı kimi sahələrə də öz dəyərli töhfələrini vermiş və verməkdədir.

       Şair

      Hamlet İsaxanlı Azərbaycanda və onun hüdudlarından kənarda təkcə alim və elm-təhsil təşkilatçısı kimi deyil, şair kimi də çox tanınır. Uşaq və gənclik illərindən şeir yazmış, lakin onları uzun müddət çap etdirməmişdir.

       Azərbaycanda, Çində, İranda, Gürcüstanda, Pakistanda və digər ölkələrdə şeir kitabları, jurnal, qəzet və poetik toplularda şeir və poemaları nəşr olunmuşdur. Onun şeirləri rus, ingilis, çin, gürcü, eston, türk və digər dillərə tərcümə olunmuşdur.

     Tərcüməçi

     Hamlet İsaxanlının çoxtərəfli yaradıcılığına tərcümə işi də daxildir. Xüsusi halda, o V.A. Jukovski, F. Baratınski, F. İ. Tyutçev, A.Fet, Sergey Yesenin, Nikolay Qumilyov, Anna Axmatova, Alla Axundova, Corc Qordon Bayron, W.Bleyk, R. Herrik və G. De Nerval kimi rus, ingilis və fransız şairlərinin şeirlərini orijinaldan Azərbaycan türkcəsinə çevirmişdir. Azərbaycan tərcüməçilərinin ingilis, rusfransız dillərindən Azərbaycancaya və Azərbaycancadan ingiliscə və ruscaya etdikləri poetik tərcümələr Hamlet İsaxanlının redaktorluğu (və müəllifliyi) ilə aşağıdakı kitabda işıq üzü görmüşdür:

"Poetik Tərcümələr. 1-ci toplu". Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005.

      Dilçi və Ədəbiyyatşünas

     Hamlet İsaxanlı dil və ədəbiyyat, tərcümə nəzəriyyəsi və tarixi tarixi üzrə tədqiqat aparan və sanballı əsərlər yazan elm və sənət adamıdır, çoxsaylı məqalə, monoqrafiya və dərsliklərin müəllifidir.

  Hamlet İsaxanlı 6 cildli "Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət"in (Khazar English-Azerbaijani Comprehensive Dictionary, in 6 volumes) müəlliflərindən biri və həmredaktorudur (professor Tofiq Abasquliyevlə birlikdə). Lüğətin ilkin tərtibatı başa çatdırılmış, üç cildi çap olunmuş, digərləri redaktə və korrektura mərhələsində çapa hazırlanmaqdadır. Bu lüğət, heç şübhəsiz, Azərbaycan leksikoqrafiyasının və ümumiyyətlə dilçiliyinin ən böyük uğurlarından biridir.

       Hamlet İsaxanlının tərcümə məsələləri ilə bağlı tədqiqatları çox maraqlıdır. "Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı" adlı irihəcmli məqaləsi geniş tərcümə fəaliyyətinin həlledici rol oynadığı Şərq-Qərb ünsiyyətinin tarixinə və təhlilinə həsr olunmuşdur. Azərbaycan türkcəsinə və Azərbaycan türkcəsindən tərcümələri, o cümlədən poetik tərcümə problemlərini işıqlandıran bu əsər yaradıcı (bədii) tərcümə ilə məşğul olanlar üçün, mütəxəssislərdən birinin qeyd etdiyi kimi, "əvəzedilməzdir, stolüstü kitabdır, istinad qaynağıdır".

     Ömər Xəyyamın Azərbaycan türkcəsinə və ingiliscəyə tərcümə tarixi və xüsusiyyətləri haqqında yazıları da mütəxəssislər və oxucuların diqqətini cəlb etdi.

     Hamlet İsaxanlı öz yazılarında həmçinin poeziya və fəlsəfə, poeziya və sevgi, ədəbiyyat və milli kimlik, ədəbiyyat və ideologiya, mətbuat tarixi və digər problemləri də araşdırır.

      Təhsil siyasəti, təhsil nəzəriyyəsi və tarixi üzrə mütəxəssis

      Hamlet İsaxanlı təhsilin çox müxtəlif məsələləri, o cümlədən təhsil siyasəti, təhsil nəzəriyyəsi, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət göstərən ən nüfuzlu alim və ictimai xadimlər sırasındadır. Onun "On Education System in Transition Economy. A View From Azerbaijan" ("Keçid iqtisadiyyatındakı təhsil sistemi haqqında. Azərbaycandan baxış") və "Müasir dünyada ali təhsil sistemində nələr baş verir və "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı necə olsa yaxşıdır?" adlı kitabları, orta əsrlər təhsil tarixi və fəlsəfəsi, təhsil və elmdə Şərq-Qərb əlaqələri-tarix və bu gün, təhsil sistemləri, təhsildə keyfiyyət, milli azlıqların müqayisəli təhsil problemləri və digər məsələlər üzrə tədqiqatları, müxtəlif ölkələrdə və dillərdə çap olunmuş çoxsaylı məqalələri, hesabatları, qəzet, radio və televiziya müsahibələri bir qayda olaraq mütəxəssislərin, qərarverənlərin və ümumiyyətlə, ictimaiyyətin diqqət mərkəzindədir.

       Haqqında

       Hamlet İsaxanlının həyat və fəaliyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, məqalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır.

      Fuad Tanrıverdiyev in 1997-cu ildə nəşr olunmuş "Hamlet İsaxanlı. Alim və qurucu ömrü" kitabında alimin həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və Vahid Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olunmuş "Bu dünyaya nə gətirdim...Hamlet İsayev (İsaxanlı" kitabında Hamlet İsaxanlının elmi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, müxtəlif ölkə və millətlərdən olan tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla yanaşı Azərbaycanda, ABŞ, Kanada, Rusiya, Türkiyə, Gürcüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsaylı məqalələr yazıb dərc etdirmişlər.

     Bir çox monoqrafiya və elmi məqalələrdə, xüsusilə riyaziyyat, təhsil və humanitar sahələr üzrə tədqiqatlarda Hamlet İsaxanlının (İsayevin) əsərlərinə istinad edilmiş, bu əsərlərin bir qismi onun yaradıcılığına dayanaraq yazılmışdır. Azərbaycanın bütün radio və televiziyalarının, Qərbdə və Şərqdə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə çoxsaylı radio və televiziya verilişlərinin, qəzet və jurnalların qonağı olmuş, müsahibələr vermişdir.

      Şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Müzəffər Şükür, Şahin Fazil, Alla Axundova, Səadət Buta və başqaları Hamlet İsaxanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun elmi-bədii yaradıcılığı və şəxsiyyəti haqqında Azərbaycanda Camal Mustafayev, Manaf Süleymanov, Rafael Nağıyev, Nurəddin Rzayev, Mövlud Süleymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Bəhlul Abdulla, Kamran Nəzirli, Xəlil Məcidoğlu, Vaqif Yusifli, Vaqif Arzumanlı, Tamilla Əliyeva, İrena Seidova, Maarifə Hacıyeva, Sevil Gültən, Elza Səmədli, Hafiz Rüstəm, Aydın Xan və çoxsaylı digər müəlliflər, Türkiyədə Mətin Turan və İmdat Afşar, Çində Van Dzen Bo, Rusiyada V. Odinets, Lyudmila Lavrova, Gürcüstanda Aslan Hacılı/İsmayılov, Süleyman Əfəndi, M. Sakaraşvili, İranda H. Siyami və digər çox müəlliflər, müxtəlif elm və sənət adamları dəyərli fikirlər söyləmiş, məqalələr yazıb dərc etdirmişlər.

    Şair, yazıçı və jurnalist, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələflinin "Həyatın Dastanı: ədəbi-fəlsəfi düşüncələr. Hamlet İsaxanlının "Ziyarət" poemasının motivləri əsasında", "Xəzər Universitəsi Nəşriyyatı" (2012) kitabı Hamlet İsaxanlının poetik yaradıcılığına həsr olunmuş əsərklər arasında xüsusi yer tutur (əsər əvvəlcə uzun zaman ərzində hissə-hissə "Kredo" qəzeti səhifələrində dərc olunmuşdu).

Bunlarla yanaşı rəssamlıq, xalçaçılıq və mozaikaya dair sənət nümunələrində Hamlet İsaxanlının obrazı yaradılmışdır.

Poetik kitabları

Təzadlar. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2001.

Bu da bir həyatdı. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2004.

Dördlüklər. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2007.

Ziyarət. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2009.

"Koнтpacты. Kнигa cтихотворений" (В переводах Аллы Ахундовой). "ИзoгpaфЪ", Моcква (Moskva), 2006.

"Şeirə dönən duyğular", Əxtər nəşriyyatı, Təbriz, 2004 ("ﺭﻻﻮ۔۔ﻐﯿﻮﺩ ڹ۔۔ﻧﺅﺪ ﮦﺭﻌﺷ")

Təzadlar. Əxtər nəşriyyatı, Təbriz, 2005 ("ﺭﻻﺩﺎﻀﺘ")

"Bu da bir həyatdı". Əxtər nəşriyyatı, Təbriz, 2005 ("ﯼﺩڌﺎﯾﺣﺭﯾﺒ ﺍﺩﻮﺒ")

"Sitotxlis Poezia" (Ömür Poeziyası).(Gürcücə, İmir Məmmədlinin tərcüməsində). "İntellekt", Tbilisi, 2004 

"Təzadlar. Bu da bir həyatdı" (Çincə) -(Putonghua-mandarincə). CCTP – Central Compilation & Translation Press, Beijing (Pekin), 2009

Poetik əsərləri daxil olan bəzi toplu və dərgilər

Azərbaycan Sevgi Poeziyası. Üçüncü kitab. Tərtibçi: Hamlet İsaxanlı. "Xəzər Universitəsi Nəşriyyatı", Bakı: 2009. ISBN 978-9952-20-051-5

"Poetry of Azerbaijan. A drop in the Ocean". Compiled and edited by Dr. Eynulla Madatli. Leaf Publications-İslamabad, 2010.

Д. Каракмазли. Вкус инжира: стихи и переводы. Баку: Юрд, 2005 (стр. 180-190).

Дружба народов, №2, 2007, Москва; стр. 161-164.

Гамлет Исаханлы. Поезiя. “Всесвит” (Review of World Literature), 11-12, Kiev, 2014; 30-32 (ukrayna dilində)

Poetik Tərcümələr. 1-ci toplu. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005 (səh. 180-195 və 234-281).

Olen Helmi Simpukassa. Azerbaidzanilaisen lyriikan antologia. ntamo, 2014 (fin dilində, səh. 135-139).

 

Hamlet İsaxanlı-Mənbə

 

Həmçinin bax

Xəzər Universiteti

Dünya məktəbi

"Xəzər"in Sorağında

Beynəlxalq aləmdə fəallıq

Pedaqoq və elmi rəhbər

Humanitar və ictimai elmlər üzrə tədqiqatçı

Poeziya və musiqi

Yazıçı və Publisist

Təzadlar (kitab)

Bu da bir həyatdı

Dördlüklər

Riyaziyyatçı

Ziyarət (kitab)

Azərbaycan Sevgi Poeziyası

Ad və təltiflər

Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 867 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar