18:33 Hüseynzadə Hüseyn Camal oğlu |
Hüseynzadə Hüseyn Camal oğlu - Azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycanın xalq şairi (1989). Həyatı 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Əslən rayonun Qıraq Kəsəmən kəndindəndir. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. 1976-cı ildə Hüseyin Arifin Oğlu (Arif Hüseyinzadə) rəhmətə gedir,məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüsü götürür.Oğlunun ölümündən sonra həyatı çox dəyişir. Hüseyn Arif Yaradıcılığının sonrakı dövrünün böyük bir qisminidə məhz oğluna yazdığı şeirlər tutur. Qəza bir qapını bağlamayıbdır Bizim qapımızı bağlayan kimi Füzuli Məcnuna ağlamayıbdır Hüseyin Arifə ağlayan kimi 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub. Ədəbi fəaliyyəti Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur. Dövrünün dəmir qayda və qanunlarına baxmayaraq azad ruhlu,təbiət vurğunu olan bu şairi Sovet imperyası öz təsiri altına sala bilmədi. Hüseyin Arif öz yerlisi Səməd Vurğun ilə də çox yaxın dost olmuşdur.Səməd Vurğun ədəbi məktəbinində ən böyük davamçılarından biridə məhz Hüseyn Arifin Özüdür.Səməd Vurğundan Sonrakı Dövür Azərbaycan Ədəbiyyatı əsasən Hüseyn Arif , Bəxtiyar Vahabzadə kimi dahilərimizin adı ilə bağlıdır. Hüseyn Arif Ağstafa rayonunda vəfat edib. Mükafatları Məşhur Şeirləri Əsərləri
Məqalələri
|
|
Şərhlər: 0 | |