Hacıyev Abbas Məhəmməd oğlu — tənqidçi, ədəbiyyatşünas, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1973).
Abbas Hacıyev 1933-cü il yanvarın 1-də Gürcüstanın Borçalı bölgəsinin Marneuli rayonunun Sarvan kəndində anadan olmuşdur. Sarvanda 1 saylı Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, 1948-ci ildən təhsilini öz dövrünün nüfuzlu təhsil ocağı olan Borçalı Türk Pedaqoji Texnikumunda davam etdirmişdir. Borçalı Pedaqoji Texnikumunu 1952-ci ildə müvəffəqiyyətlə bitirərək ...