Novruzov Məmmədhüseyn Həsən oğlu — XIX əsrdə yaşamış aşıq, şair.
Şair Məmmədhüseyn 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır.
Məmmədhüseyn bədahətən şeir deməyə qadir ...